KTN-də ASC sədri uğrunda mübarizə - Əsas namizədlərdın biri Surxan Novruzov görünür...

10-06-2024, 18:47           
KTN-də ASC sədri uğrunda mübarizə - Əsas namizədlərdın biri Surxan Novruzov görünür...
May ayının sonundan boş qalan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat”ın (ATT) İdarə Həyətinin sədri uğrunda mübarizə başlayıb...

Hazırda isə “Aqrar Tədarük və Təchizat”ın (ATT) İdarə Həyətinin sədri vəzifəsindən azad edilən Aqil Quliyevi müvəqqəti olaraq Samir Murquzov əvəz edir.

AzFakt.com-un əldə etdiyi məlumata görə “Aqrar Tədarük və Təchizat” ASC sədri olmaq uğrunda mübarizəyə qoşulanlardan biri də KTN-nin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzovdur. Məlumata görə Surxay Novruzovun ASC sədri olması üçün himayədarları ciddi şəkildə hərəkətə keçib.

Qeyd edək ki, Surxay Novruzovun KTN-nin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri təyin edilməsinin səbəkarı, hazırda Göygöl rayon icra başçısı vəzifəsində işləyən Elvin Paşayev olduğu iddia edilir. Bildirilir ki, Elvin Paşayev KTN-də Aparat rəhbərinin müavini və İnsan resursları şöbəsinin müdiri işlədiyi dövrdə, məhz onun köməkliyi ilə Surxay Novruzov nazirliyin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri təyin edilib.

KTN dəhlizlərində gəzən söz-söhbətlərə görə Surxay Novruzov hərbi xidmətdə olmayıb və bu da onun nazirdən vəzifə alması üçün ciddi əngəllərdən biri hesab olunur. Lakin bu çatışmazlıq Surxay Novruzovun Nazirlikdə şöbə müdiri olmasına mane olmadığı kimi, ASC direktoru olmasında da əngəl olmamalıdır. Hər halda deyilənə görə Surxay Novruzov özü belə düşünür.

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 milyon manatdır. Şirkətin missiyası aqrar məhsulların istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında rol oynamaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.