Bu gün Milli Qəhrəmanımız, Qarabağ müharibəsi Şəhidi Ramiz Qəmbərovun doğum günüdür...

2-07-2024, 20:58           
Bu gün Milli Qəhrəmanımız, Qarabağ müharibəsi Şəhidi Ramiz Qəmbərovun doğum günüdür...
Bu gün Azərbaycanın Milli Qəhrəımanı, yaxın dostum və komandirim olmuş Ramiz Bulud oğlu Qənbərovun ad günüdür.
Onun 62 yaşı tamam olur.
O, 2 iyul 1962-c ildə Şuşada anadan olub.
2 aprel 1992-ci ildə ağır yaralanıb.
30 aprel 1992-ci ildə dünyasını dəyişib.
1 may 1992-ci ildə Cıdır düzündəki Şəhidlər xiyabanında uğrunda canını verdiyi ana torpağa tapşırılıb.
İndiyədək Ramiz haqda bir neçə kitabımda söhbət açmış, onun haqqında 60-dan çox yazı dərc etdirmiş, paylaşmış, bir neçə şeirimdə adını çəkmiş, haqqında bir neçə televiziya verilişinin çəkilməsinə nail olmuş, bir neçə verilişdə çıxış etmiş, müxtəlif müəlliflərə saysız-hesabsız müsahibələr və məlumatlar vermiş, iki portretini çap etdirmiş, bir neçə dəfə xatirə gecəsini və yubileyini təşkil etmiş, adına mükafat təsis edlməsi təşəbbüsünü irəli sürmüş (vaxtilə reallaşmışdı), ailəsinin bəzi problemləri ilə bağlı çalışmış, əvvəl atasının, sonra da anasının adından çoxlu müraciət və məktublar yazmış və onunla bağlı başqa burada demək istəmədiyim bir sıra işlər görmüşəm.
Ona görə də indi, bu gün bu statusumda geniş və ətraflı danışmaq, yazmaq istəmirəm.
Mən onun haqqında çoxluq susanda danışmışam və yazmışam, indi hamı danışır və yazır...
Bircəcə məsələni qeyd etmək istəyirəm.
Artıq 4 ilə yaxındır ki, Şuşa işğaldan azad olunub.
Şuşanın azad olması, azad yaşaması Ramizin başlıca arzusu idi və həyata keçib.
Şuşa şəhərində yeni salınan məhəllədə Ramiz Qənbərovun adı bir küçəyə verilib, bu da bizim arzumuz idi artıq çin olub.
Ramizi şəhid olandan sonra ad günü münasibətilə burada - Şuşada ilk dəfədir ki, təbrik edirəm.
Yəni Şuşa azad olandan sonra ötən illərdə - 2021, 2022, 2023-də də təbrik etmişdim, amma o dəfələrdə özüm Şuşada deyldim.
İndi ikimiz də Şuşadayıq və ikimizin də Şuşada olduğumuz vaxtda ilk dəfədir ki, onun ad gününü təbrik edirəm.
Bu, məncə bir bayramdır və bu münasibətlə də qəhrəmanı təbrik edirəm, axı şəhidlər ölmür!
Ad günün mübarək, Ramiz!
Bayranmın mübarək, Ramiz!!
Gözün aydın olsun, Ramiz!!!
Kerim Kerimli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.