Bakının kondisionersiz avtobusları və metro qatarları… - FOTO
23-07-2024, 10:08
[center][/center]
Paytaxt sakinləri isti yay günlərində qapısı açıq avtobuslarda təhlükə ilə üzləşir, kondisonersiz metro qatarlarında əziyyət çəkirlər…
Bakı şəhər sakinləri avtobus və metrolarda havalandırma sisteminin olmamasından şikayətçidirlər. Xüsusilə isti yay günlərində kondisionersiz metro qatarlarında və avtobuslarda hərəkət etmək sakinləri ciddi narahat edir.
Bəllidir ki, iyun ayının 15-dən rəsmi olaraq yay fəslinə keçid baş verib, lakin sakinlərin dəfələrlə qaldırdığı bu problemlərin həlli istiqamətində heç bir addım atılmır. Bu haqda “Hürriyyət”ə müraciət edən sakinlər, bəzi avtobusların qapını açıq idarə etməsindən də gileylənirlər: “Avtobuslarda kondisioner sistemi olsa da, onları işlək vəziyyətdə saxlamırlar. Yalnız əhali narazı olduğu təqdirdə müəyyən mənada o sistem işə salınır. Bu, xoşagələn hal deyil. İstənilən halda bu gün kimsə məsrəflərdən yayınırsa, o, əhalinin kəskin narazılığına səbəb olur, bu da sonradan daha ağır nəticələrə gətirib çıxara bilər. Qiymət qalxır, amma xidmətin səviyyəsi hələ də aşağıdır”.
Qeyd edək ki, sıx olmasa da, bu problemlərlə yeni avtobuslarda da qarşılaşmaq mümkündür. Sürücüyə “havalandırma sistemini qoş” dedikdə, “işləmir” cavabı verir. İrad bildirəndə isə, “bizlik deyil. Şikayət edəcəyiniz qurum da bilir ki, havalandırma sistemi işləmir, amma tədbir görülmürlər. Ona görə, hara istəyirsiniz, şikayət edin”, - deyirlər.
Əlbəttə, görünən odur ki, sürücülər də bu vəziyyətdən məmnun deyil. Lakin onlar ailələrinə çörəkpulu aparmaq üçün çətin şəraitdə çalışmağa məcburdurlar.
Onu da qeyd edək ki, köhnə avtobuslarda havalandırma sistemi olmadığından, sürücülər bəzi hallarda qapı açıq şəkildə idarə edirlər. Bu isə insanların həyatını təhlükəyə atır.
Köhnə metro qatarları…
Köhnə avtobuslarda olduğu kimi, köhnə metro qatarlarında da havalandırma sistemi yoxdur. Xətdə buraxılan hər 4 köhnə qatardan bir təzəsi gəlir. Hansı ki, isti yay günlərində havalandırma sistemi olmayan köhnə qatarlara minmək olmur. İnsanlar məcburiyyət qarşısında qalıb mindikdə isə, sıxlıqda istiyə dözməyənlər, halı pisləşənlər olur. Hətta son vaxtlar metroda həyatın itirənlərin olması da təsadüf deyil…
“Ay xanım, göydə nə axtarırsız?..”
Yeri gəlmişkən, bir faktı da dəyərli oxucuların diqqətinə çatdıraq. Bu günlərdə əməkdaşımız yeni qatarlardan birində olarkən soyuducu sisteminin söndürüldüyünü, pəncərələrin isə açıq olduğunu görür. Məlum olur ki, qatarın içi çox isti olduğundan, sakinlər məcburiyyət qarşısında qalıb, pəncərələri açıblar.
Əməkdaşımız mobil telefonu ilə açıq olan pəncərələrin şəklini çəkmək istəyərkən, sürücünün səsi eşidilir: “Ay xanım, göydə nə axtarırsız? Çəkiliş etmək qadağandır”. Xanım əməkdaşımız isə düyməni basır və sürücüyə cavab verir ki, “göydə havalandırma sistemini axtarıram”.
Bundan sonra sürücü “o zaman çəkilişə ehtiyac yoxdur, pəncərələri bağlayın, havalandırmanı qoşuram”, - deyə cavab verir.
Bəs, görəsən sürücünün havalandırma sistemini qoşmamaqda məqsədi nədir? Dövlətin puluna “canı yanır”, yoxsa ona elə tapşırılıb?!
Hər halda, vətəndaş nə istəsə də, rəsmilər nə hava çalırlar, ona da oynayır. Məsələn, qiymət artımı ilə razılaşırıq, başqa çarəmizdə yoxdur. Narazılıq etsək də nə xeyri, kim, hansı qurum dərdimizə dərman olacaq?!
Əmək haqqı qalxmamış, zəruri istehlak mallarının qiyməti qalxır. Bu, əlbəttə, xüsusilə də kasıb ailələrə, pensiyaya baxan şəxslərə baha başa gəlir. Təbii ki, məmurlara, yekəqarın səlahiyyətlilərə qiymətlərin artması heç də təsir göstərmir.
Təkcə qiymət artımı? Xeyr, ümumiyyətlə rəsmi qurumları vətəndaşların durumu heç də düşündürmür. Məsələn, qapısı açıq idarə olunan avtobuslarla bağlı “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin mətbuat xidməti ilə əlaqə saxladıq, “qeyd etdiyiniz faktlar araşdırılacaq”, - deməklə öz işlərini bitmiş hesab etdilər.
“Nəfəsliklər açıq qalanda kompressor özünə fasilə verir”
“Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov isə, sürücünün qatarı kondisionersiz idarə etməsini normal hal sayır: “Sürücüyə müraciət olunursa ki, kondisioneri qoşun, o, bu zaman deyirsə nəfəsliyi bağlayın, bu halda sürücü heç bir prosesə müdaxilə etmir. Sadəcə olaraq nəfəslik bağlananda kondisioner sistemi öz adi ritmində çalışmağa başlayır. Bunu evimizdə olan kondisionerlərlə müqayisə etmək olar. Evimizdə pəncərə açıq olarsa həmin vaxt kondisioneri qoşsaq da bürkü efekti yaranacaq və kondisionerin təsiri efekttivliyi hiss olunmayacaq. Kondisionerlər avtomatik rejimdə çalışır. İnsanların sayı, havanın hərarəti, mikroiqlim parametrləri və s. nəzərə alınaraq sistem özü təyin edir. Maşinistə kondisonerin zəif işləməsi ilə bağlı vaqonlardan müraciət olunanda o da mərkəzə müraciət edir.
Onu da qeyd edim ki, qatarlar 12-20 saat xətdə olur. Xətlərdə 12-20 saat olan zaman, əlbəttə, ardıcıl yox, amma müəyyən nöqsan, qüsurlar yarana bilir. Belə olduqda təbii ki, yay dövrü gələndə bizim monitorinqlərimizin sayı artırılır. Bu, sadəcə baxış məsələsi deyil, eyni zamanda vaqonların vəziyyəti də qiymətləndirilir və müvafiq qərarlar verilir. Eyni zamanda, təbii ki, sərnişinlərdən şikayət, müraciət, sual daxil olanda da əlavə yoxlama aparılır. Elə həmin monitorinq qurupunun özü də yoxlanılır ki, işini nə qədər effektiv görür. Sadəcə, 2 xəttin bir deposu olduğuna görə, əgər kompressor sistemində nasazlıq yaranıbsa, o qatar bütün xətti dəf edib, Nərimanov elektrik deposuna göndərilməlidir. Elə nasazlıqlar və yaxud da problemlər var ki, onlara xətti məntəqədə baxış keçirilir və problem aradan qaldırılır. Amma bu qısa müddətdə olur. Çünki hər bir qatarın yeganə yoxlama məntəqəsi Həzi Aslanovda mümkündür. Qatar 2 dəqiqə ərzindən oradan geri qayıdır. Bu o deməkdir ki, “2 dəqiqə ərzində nəyi yoxlaya bildin, yoxlaya bildin” prinsipidir. Deməli, böyük işlər depo şəraitində aparılır. Müəyyən çətinliklərimiz buradanda yaranır. Misal üçün, sərnişinlər hiss edirlər ki, bir salonda kompressor güclü, digər salonda isə zəif işləyir. Və elə başa düşürlər ki, biri işləyir, digəri işləmir. Və yaxud da birində nasazlıq var. Bu, elə deyil, hər bir kondisioner sistemi həmin vaqonun salonunun tempreturunu, opksigenin miqdarını, rütubətliyi və s. parametrləri qiymətləndirir və ona uyğun işləyir. Qeyd etdiyim kimi, bəzən o qədərdə güclü işləyir ki, nəfəsliklər açıq qalanda kompressor artıq bir müddətlik yükləmədən özünə fasilə verir. Bu da 2-3-5 dəqiqə olur.
Müəyyən müanslar da var ki, sərnişinlər diqqətli olmalıdır, təbii, bu metropoliten işçilərinin vəzifəsidir, sərnişinlərə xidmət etməlidirlər. Bu səbəbdən də monitorinqlər dayanmır. Yay dövründə şikayət çox olur, qışa baxanda. Bu da mövsümü xüsusiyyətlərlə bağlıdır. Onu da aradan qaldırmağa çalışırıq. Amma əmin olun ki, bu gün yeni nəsil qatarlarında olan kondisioner sistemi ən optimal sistemlərdir. Çünki Bakının iqlim şəraitinə uyğun olaraq quraşdırılıb.
Köhnə qatarlara isə kondisioner sisteminin qurraşdırılması texniki cəhətdən qeyri-mümkündür. Metropolitendə normativ səbəblər var. Hər bir vaqonun 30-31 illik istismar müddəti var, o müddət ərzində də xətdə olmalıdır. Təbii ki, yeniləmə prosesi gedir və bundan sonra da davam edəcək.
Bir xüsusi məqam da var ki, istismar müddətini başa vuran vaqon metropoliten xəttində saxlanılmır. O vaqonlarla heç vaxt sərnişin daşınmır. Belə olan vaxtda yeni vaqonların alınması ilə bağlı qabaqcadan həmin vaqonlar istismardan çıxarıldığı dövr üçün sifariş verilir. Hazırda 23 yeni qatarımız var. Yaxın 3 il üçün 65 vaqonluq müqavilə bağlanılıb, o vaqonlardan 35-I, yəni yarıdan çoxu məhz bu ilin sonuna qədər Bakıya gətiriləcək. Bu proseslər davam etdikcə də, əminəm ki, problemlər aradan qaldırılacaq.
Kondisioner sistemi olan qatarlar 2015-ci ildə Bakıya gətirilməyə başlanıb. Əsasən də 2018-ci ildən sonra davamlı olaraq yeni nəsil qatarlar gəlir. Və bu sahədə formalaşmış bir peşəkar işçi qrupu fəaliyyət göstərir.
Əfsuslar olsun ki, pandemiya dövrü bizdə bu sahədə boşluq yaratdı. Və yalnız 2022-ci ilin sonlarından biz peşəkar fəaliyyət sferasını inkişaf etdirməyə başladıq. İnanıram ki, yaxın müddətlərdə artıq bu sahədədə bir formalaşmış istiqamətlər müəyyən olunacaq və biz sərnişinlə ünsiyyətimizi quranda davamlı olaraq təbliğatımızda, marifləndirmə işimizdə bu nüansları xüsusi nəzərə alacağıq.
Onu da xüsusi qeyd edim ki, vaqonların sayının artması deyil, ən əsası bizim gördüyümüz işin əhəmiyyəti böyükdür. Necə ki, sıxlıqlar dövründə qapıların tutulub saxlanması ilə bağlı ötən bir il, iki il ərzində nəticələr əldə etmişik, tutub saxlamaların sayı çox azalıb. Aparılmış müxtəlif istiqamətlərdə tədbirlərin nəticəsində strageyiamızı müəyyənləşdirəcəyik ki, qarşıdakı dövrdə də bu işlər qaydasında olsun. Əminəm ki, bütün digər işlərimizdə olduğu kimi, burda da sərnişinlərlə bir yerdə müəyyən bir nəticəyə gəlib çıxacağıq”.
Jalə FAMİLQIZI