“Bütün ölkələin qlobalistləri, birləşin”, və ya dünya hara gedir?!

2-08-2024, 12:20           
“Bütün ölkələin qlobalistləri, birləşin”, və ya dünya hara gedir?!
Bütün dünya boyu “qlobalistlər” Trump, onun komandasına, dünyaya başqa gözlə baxdığına görə birləşiblər. ABŞ seçkiləri Kamala Harris və Donald Trump arasında deyil, onların təmsil etdikləri dünya görüşləri haqqındadır, Amerikada seçkilər bəşəriyyətin gələcəyinə iki fərqli baxış arasınad gedir – SSRİ-nin dağılmasından sonra özlərini tam qalib və hakimi-mütləq hesab edən “qlobalistlərə” ilk dəfədir ki, ciddi, institutsional təhlükə yaranıb. Ona görə də, əsl “kommunist” və “bolşevik” yanaşması ilə, “bütün ölkələin qlobalistləri, birləşin” şüarı altında tam səfərbər olublar.
İlk gündən o dəstənin adamı olan, o xəttdən heç vaxt kənarlaşmayan Putin, ictimai çıxışlarında çox vaxt yalan danışsa da, bu yaxınlarda, “Rusiyaya, bizə Bayden və Demokratlar Partiyası sərf edir”, açıqlamasında tam səmimi idi. Və bu tezisi addımları ilə sübut etdi. “Saray çevrilişindən” sonra Harrislə yeni pozitiv dalğa yaxalayan Demokratlara ən böyük seçki hədiyyələrindən birini təqdim etdi - Evan Qerşkoviç və Pol Uilanı girovluqdan, zindandan azad edib ABŞ-a yolladı.
Bayden və komandası da Putini hədiyyəsiz qoymadı – Navalnının ölümündən sonra (yeri gəlmişkən, Navalnı da bu siyahıda olmalı idi, ona görə də öldürüldü) İlya Yaşin və Kara-Murza kimi müxalif olaraq cəmiyyətdə az-çox hörməti olanları Qərb öz himayəsinə götürərək Putinin uzun illərdir, “müxalifət Qərbə satılıb, rus xalqına yox, onlara işləyir”, tezisini möhkəmləndirdi və Rusiyada müxalif hərəkatın emiqrasiyasına nail oldu.
Kiçik haşiyə: Rusiyada bolşeviklərə qarşı müxalif ola biləcək kim var idisə 1922-ci ildə, tarixdə “fəlsəfə gəmisi” kimi yadda qalan hadisə nəticəsində, “Oberbürgermeister Haken” və “Preussen” gəmiləri ilə Qərbə köç etmişdilər.
Putin müxaliflərini xaricə köçürdü, orda hərəsi bir “YouTube” kanal açıb boş-boş danışacaqlar, Rusiyanın daxilinə təsirləri minimum olacaq. Bir müddət sonra isə Rusiya “YouTube”-ni tam söndürüb onların səsini ölkə daxilində tam kəsəcək. Paralel olaraq da Kəmalə xanıma seçki hədiyyəsi təqdim etdi – hər şey paylaşdığım foto, görüntü, videolar üçün idi.
“Qlobalistlər” bu dəfə də qalib gəlsə, dünyaya fərqli baxışları olan cərəyanlar məğlub olsa, bəşəriyyəti ağır illər gözləyir – yeni “pandemiyalar”, yeni “iqlim dəyişikliyi” nağılları, hətta “ekoloji lokdaunlar” ola bilər. Bir müddət sonra dünya üzrə hamımızı evlərə doldurub talonla yemək verəcəklər, tam da SSRİ-i dövründə olduğu kimi konslagerlər, “QULAQ”-lar yaradacaqlar, çünki bu dəstə “bolşevik” təşəkkürlüdür, başqa baxışa, ayrı düşüncəyə, fərqli yanaşmaya heç dözümləri yoxdur.
Amma mən inanıram ki, Respublikaçı ideyaların, insan haqq və azadlıqlarının, azad biznesin, əsl liberal iqtisadiyyatın, fərqli düşüncənin qədrini bilənlər, tarix boyu bu yolda qurbanlar verib mübarizə aparankar bu gedişata "dur" deyib daha yaşanabilir dünya inşa edəcəklər...
Natiq Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.