Malik Həsənovun parlamentdə danışdığını görən olmayıb – Rəqibi
15-08-2024, 13:14
Rəqiblərim arasında Malik Həsənov da var. Deputat olduğu ərəfədə bir dəfə də olsun onun Milli Məclisdə ağzını açıb danışdığını görən olmayıb. Buna görə onu özümə rəqib görmürəm.
Bu sözləri Tribunainfo.az-a 72 saylı Cəlilabad şəhər Seçki Dairəsindən Müsavat Partiyasının namizədi Azər Əsgərov deyib. O bildirib ki, şansı yüksəkdir:
“Rəqibim YAP-dan Malik Həsənovdur. Heç bir müdaxilə, qanunsuzluq olmasa seçkidə onu udacam.
Malik Həsənov yeni deputat deyil, seçicilər onu yaxşı tanıyır. İnzibati resurslar onu güclü edir. Milli Məclisdə onun ağzını açıb danışdığını görən olmayıb.
O ancaq seçki vaxtı görünür, bir də 5 ildən sonra növbəti, ya növbədənkənar seçkilərdə. Milli Məclisdə ən passiv deputatlardan biridir”.
Qeyd edək ki, 72 saylı Cəlilabad şəhər Seçki Dairəsində 7 namizəd mandat uğrunda mübarizə aparacaq.