Kartel sövdələşməsi

15-08-2024, 16:26           
Kartel sövdələşməsi
Antiinhisar Dövlət Xidməti minimal internet tariflərinin qaldırılmasına sərt münasibət sərgiləyib.
İlk dəfə rastlaşdım ki, Antiinhisar rəsmi açıqlamasında "KARTEL SÖVDƏLƏŞMƏSİ" ifadəsi işlədib.
Həmçinin açıqlamada təqdim olunan internet tariflərində "seçim imkanlarının məhdudlaşdırıldığı" qeyd edilib.
"Məlumat üçün bildiririk ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir.
Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir.
Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur"
Antiinhisar Dövlət Xidməti araşdırmalar aparıldığını, nəticəsindən asılı olaraq qərar qəbul ediləcəyini bildirib .
İKTA-dan hələlik xəbər yoxdur
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.