Bakı səmasında UNO - "Onlar" gəlibmi? - VİDEO
25-08-2024, 00:07
2024-cü il avqustun 22-də Bakı səması hər zamankı kimi deyildi. Azərbaycanın paytaxtının sakinləri səssiz, davamlı və sirli şəkildə hərəkət edən bir naməlum uçan obyektin (NUO) şahidi oldular. Bu hadisə həm maraq, həm də narahatlıq doğurdu. Şahidlərin təsvirinə görə, bu obyekt uçan boşqab şəklində idi, yuvarlaq və yastı formalı, açıq qəhvəyi rəngdə idi və şəhər üzərində nisbətən aşağı hündürlükdə süzərək hərəkət edirdi.
Bu müşaidənin xüsusi edən məqam onun davranışı idi. Uçan obyekt nə işıq saçırdı, nə də səs çıxarırdı və heç bir niyyətini göstərmirdi. Dronların fırlanan pərlərindən və ya təyyarələrin gurultulu mühərriklərindən fərqli olaraq, bu obyekt səssiz şəkildə hərəkət edirdi, nə sürətlənir, nə də yavaşlayırdı, onun trayektoriyası narahat edici dərəcədə düz idi. Bu obyekt heç bir məlum aviasiya texnologiyasına bənzəmirdi. Helikopterlər və təyyarələr istisna edilə bilərdi. Hətta həyatımızın ayrılmaz hissəsinə çevrilmiş dörd pərli dronlar belə, bu qəribə obyektin formasına və hərəkətinə uyğun gəlmirdi.
Yerli sakin Mahmud Mahmudov tərəfindən çəkilmiş bir video bu hadisəyə daha da maraq qatdı. bu video sürətlə yayıldı və on minlərlə insan onun həqiqiliyini müzakirə etməyə başladı. Videoda obyektin heç bir propellerə malik olmadığı, hər hansı bir görünən enerji sistemi olmadığı halda sadəcə olaraq göydə hərəkət edən bir disk kimi görünməsi izaholunmaz idi. “Əvvəlcə bunun dörd pərli dron olduğunu düşündüm,” Mahmudov videoya əlavə etdiyi paylaşımda yazıb. “Amma heç bir rotor izi yoxdur və o hündürlükdə onlar mütləq görünməli idilər.”
Bu, Azərbaycanın səmalarında qeyri-adi obyektlərin ilk dəfə görünməsi deyil. 2019, 2020 və 2023-cü illərdə də buna bənzər halların şahidi olunub və bu hadisələr yadplanetli ziyarətçilər, inkişaf etmiş hərbi texnologiyalar və ya hələ ictimaiyyətə açıqlanmamış yeni növ dronlar barədə spekulyasiyalara səbəb olub. Lakin bu müşaidələrin hər biri baş verdikdən sonra həmin qəribə obyektləri müəyyən etmək cəhdləri nəticəsiz qalıb.
Şamaxı Astrofizika Rəsədxanasının mütəxəssisləri, ölkənin aparıcı astronomiya qurumu, davamlı olaraq göylərdə qeyri-adi fəaliyyətin qeydə alınmadığını bildiriblər. “Göy üzündə naməlum uçan obyektin mövcudluğunu göstərən heç bir şey yoxdur,” rəsədxanadan bir astrofizik qeyd edib və əlavə edib ki, əlavə məlumat olmadan qəti nəticələr çıxarmaq mümkün deyil.
Buna baxmayaraq, sakinlər hələ də inanmırlar. “Bu, sadəcə məntiqli deyil,” hadisənin şahidi olan Aysel Quliyeva deyir. “Hər dəfə bu cür bir şey müşaidə edəndə, bizə bunun bir şey olmadığını deyirlər. Amma elə bil burada başqa bir şey var.”
Məsələn ABŞ hökumət qurumlarının, o cümlədən Pentaqonun, NUO müşaidələrin daha ciddi qəbul etməyə başladığı bir dövrdə, bəziləri Bakının sonuncu görüntüsünü daha geniş, qlobal fenomenin bir hissəsi olub-olmadığını düşünürlər. Digərləri isə daha skeptikdir, hesab edirlər ki, izah yeni, eksperimental dronlarda, hava hadisələrində və ya sadəcə olaraq bir sıra düşünülmiş mürəkkəb mistifikasiyalarda gizlənir.
Ancaq hələlik Bakının sakinləri daha çox sual qarşısındadırlar. “Onlar” gəlibmi? Yoxsa bu, Azərbaycanın aydın yay səmasında açılmamış daha bir sirli hadisə olaraq tarixə qovuşacaq?
Hələlik həqiqət—oradada, yuxardadı. (Turan)