Avropada dərmanı olmayan ölümcül virus yayılır

Bu gün, 15:08           
Avropada dərmanı olmayan ölümcül virus yayılır
İtaliyanın Latsio bölgəsində 93 yaşlı qadın Qərbi Nil virusundan dünyasını dəyişib və bu, ölkədə ilin əvvəlindən bəri eyni xəstəlikdən onuncu ölüm hadisəsi olub. Eyni zamanda, Avropanın beş ölkəsində yoluxma hallarında artım qeydə alınıb.

"Euronews" xəbər verir ki, İtaliyada Qərbi Nil virusundan ölənlərin sayı 10 nəfərə çatıb.

Ölkənin Milli Sağlamlıq İnstitutu öz hesabatında bildirib ki, 24-30 iyul tarixləri arasında insanlarda Qərbi Nil virusuna 57 yeni yoluxma halı qeydə alınıb. Virusdan ölüm nisbəti 20% təşkil edir.

Öz növbəsində, Avropada Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi virusla bağlı son məlumatları açıqlayıb. İtaliyadan başqa, Yunanıstan, Rumıniya, Bolqarıstan və Fransada da xəstəlik hallarının qeydə alındığını bildirib.

Xatırladaq ki, Qərbi Nil qızdırması ağcaqanad dişləməsi ilə ötürülən təhlükəli virus xəstəliyidir. Ağır hallarda o beyin maddəsinin iltihabı, limfadenopatiya, selikli qişaların zədələnməsi və ekzantema ilə müşayiət olunur.

Xəstələrin 20%-də temperaturun kəskin yüksəlməsi, baş ağrısı, boğaz, əzələ, oynaq və bel ağrıları, zəiflik, ürəkbulanma və ishal ilə xarakterizə olunan qripə bənzər əlamətlər görünür. Həmçinin genişlənmiş qaraciyər və dalaq, sinir sisteminin zədələnməsi - meningit, ensefalit, iflic kimi hallar müşahidə oluna bilər.

Xəstəliyin xüsusi müalicəsi yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru