Qiymət qalxandan sonra yeni müqavilə NİYƏ BAĞLANMADI Kİ?.. - Köhnə müqavilə nədən ÖZBAŞINA OLARAQ ləğv edildi ki?

25-08-2024, 09:04           
Qiymət qalxandan sonra yeni müqavilə NİYƏ BAĞLANMADI Kİ?.. -
"Mənim şikayətim "Aztelekom"dandır". Dia-az.İnfo bildirir ki, bu barədə şikayətçi düşən "Aztelekom" müştərisi Elnar Hacıyev olduqca ilginc bir məqamı diqqətə çatdırır və haqlı suallarına sözügedən qurumdan cavab tələb edir.

Narazı vətəndaş bildirir: "Avqustun 15 dən aylıq internetin qiyməti 25 manat oldu. 27 manat ödəyəndən sonra internet açıldı. Yəni 25 manat də yox... 27 manat.

Söz deyən kimidə deyirlər "Biz müqavilə bağlamışıq, müqavilənin vaxtı bitməmiş bu provayderdən çıxa bilməzsiz"

Amma bir adam demir ki, əgər bu müqavilədirsə, onu birinci elə siz pozursunuz. Müqavilə aylıq 21 manata bağlanıb. Indi 27 manata qaldırmaqla müqaviləni birinci siz özünüz pozmuş olursunuz. Və məni cərimələməyə, əlimdən ev telefonunu almağa sizin ixtiyarınız yoxdur.

Bu bir...

İkincisi də odur ki internetin surətində heç bir dəyişiklik yoxdur. Yəni göz görə-görə bizi qazlayırlar...

Əgər normal ölkə olsaydı, "Aztelekom"u məhkəməyə verib, məhz müqaviləni pozduğuna görə, kütləvi qaydada cərimələtdirmək olardı..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru