Azərbaycanda alkoqollu içkilər və siqaretlərlə bağlı YENİ QAYDA - Oktyabrın 1-dən...

25-08-2024, 15:50           
Azərbaycanda alkoqollu içkilər və siqaretlərlə bağlı YENİ QAYDA - Oktyabrın 1-dən...
Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Gömrük Məcəlləsinin 258.1.4-cü maddəsinə əsasən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq.

Sitat.info bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200 000 ABŞ dolları ekvivalentində müəyyən edilib. Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır.

Tranzit daşımaları zamanı təminat tələb olunan alkoqollu içkilərin və tütün məmulatlarının XİF MN kodları ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru