Potensial Harris administrasiyası Yaxın Şərqdə gərginliyi necə idarə edər? VİDEO

29-08-2024, 18:09           
Potensial Harris administrasiyası Yaxın Şərqdə gərginliyi necə idarə edər?  VİDEO
Ağ Ev rəsmiləri çərşənbə axşamı HƏMAS tərəfindən saxlanılan israilli girovun xilasedilməsini alqışlayıb və bildirib ki, onlar Qəzzada atəşkəs razılaşmasını yekunlaşdırırılar. Ancaq razılıq əldə olunsa belə, növbəti ABŞ administrasiyası da Yaxın Şərqə gərginlikləri idarə etmək problemi ilə üzləşməyə davam edəcək.

Vasitəçilər HƏMAS-ın saxladığı girovların sərbəst buraxılması müqabilində atəşkəs razılaşması əladə etməyə çalışdığı bir vaxtda, Qəzzada daha bir qaçqın düşərgəsinə daha bir zərbə endirilib.

Girovlardan biri çərşənbə axşamı xilas edilib.

“Evinə xoş gəldin Fərhan Alkadi. Mən İsrail ordusu və Şin Beti daha bir uğurlu xilasetmə əməliyyata görə təbrik edirəm. Biz bütün girovları geri gətirmək üçün yorulmadan çalışırıq,” İsrail baş naziri Benyamin Netanyahu deyib.

Bu, vitse-prezident Kamala Harrisin ötən ay Demokratlar Partiyasının prezidentliyə nominasiyasını qəbul etdiyi zaman vurğuladığı mesajdır.

“Prezident Bayden və mən bu müharibəni elə bitirmək istəyirik ki, İsrail təhlükəsiz olsun, girovlar sərbəst buraxılsın, Qəzzadakı iztirablar bitsin və fələstinli xalq ləyaqət, təhlükəsizlik, azadlıq və öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilsin,” Kamala Harris deyib.

Harrisin vitse-prezidentlik müddətindən başqa xarici siyasət keçmişi yoxdur.

Onun milli təhlükəsizlik müşaviri, Bill Klinton, Barak Obama və Co Bayden daxil olmaqla, Demokrat prezidentlərin administrasiyasında çalışmış Filip Qordondur.

Bu da onun keçmiş Demokrat amministrasiyaların siyasətini davam etdirəcəyinə işarə edir ki, onun sabiq milli təhlükəsizlik müşaviri də bunu təsdiqləyir.

“Vitse-prezident və prezident ABŞ-ın İsrailə hərbi yardımını dətəkləyiblər. Və bu, təkcə İsraillə mövcud razılığa əsasən olmayıb, həm də onların təhlükəsizlik ehtiyaclarına görə bu il artırılmasını dəstəkləyiblər,” Amerika Yəhudi Demokratik Şurasından Heyli Soifer deyib.

Bu dəstək ərəb və müsəlman amerikalı, habelə proqressiv və gənc demokratların İsrailə silah satışına embarqo qoyulmasına dair çağırışlarına rəğmən edilir.

Eyni zamanda isə Harris fələstinlilərə Baydendən daha çox şəfqətini ifadə edib.

“Biz onun dediklərindən çox şey öyrənə bilmirik, çünki onun indi dedikləri seçkidə qalib gəlməyə və Demokratlar partiyasını bir yerdə tutmağa yönəlib. Demokratlar partiyası daha çox İsrailə rəğbət qazananlarla, daha çox fələstinlilərə rəğbət qazanlar arasında ikiyə bölündüyünə görə, o, bayağılıq etməli idi və bunu da etdi,” Bar-İlan Universitetindən Conatan Raynhold deyir.

Tez-tez sionist olduğunu vurğulayan Baydenlə müqayisədə Yamayka və Hindistandan immiqratların qızı olan Harris Qlobal Cənubdan gələn baxışlara daha çox bələd ola bilər.

“O, dünyanın qalan hissəsinin Yaxın Şərqə, neokolonializmə, neoimperializmə münasibətinin necə olduğunu bilir və mən həqiqətən də ümid edirəm ki, o, prezident olsa, onun bu təcrübələri işə qoymaq imkanı olacaq. Çünki, bu, qarşıda, ABŞ-ın son 30 ildəki çətinliklərdən fərqli olan, çətinliklərin öhdəsindən gəlmək üçün xarici siyasətinin ehtiyac duyduğu reallıqdır,” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Nataşa Hall deyir.

Harris noyabrda qalib gələcəyi halda, sələfinin üzləşdiyi çətinlikləri miras alacaq ki, onlara Yaxın Şərqdə uzanan münaqişə daxildir. O, öz xarici siyasətini formalaşdırmalı olacaq – bu da, çox sayda maraqları birləşdirən yüksək riskli, mürəkkəb bir işdir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.