Dünyanın ən nüfuzlu olimpiadalarından olan Beynəlxalq İnformatika Olimpiadasında Bürünc medal qazanmışıq
7-09-2024, 11:34
Misirin İskəndəriyyə şəhərində 36-cı Beynəlxalq İnformatika Olimpiadası (IOI 2024) keçirilib.
Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli bu nüfuzlu olimpiadada Bürünc medal qazanıb. İştirakçıların əldə etdiyi ballardan görsənir ki, Ayxan gümüş medal qazanmağa çox yaxın olub.
Xatırladıram ki, Ayxan cari ildə keçirilən 20-ci Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) və Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında da Gümüş medallar əldə etmidi.
Bildirmək istərdim ki, IOI 2024 səviyyəsinə görə onun bürünc medalı daha böyük uğur hesab oluna bilər.
Maraqlıdır ki, ötən il bürünc medal qazanan Fuad Qarayev nədənsə bu dəfə medal qazana bilməyib, yalnız Həvəsləndirici mükafat əldə edə bilib.
Qalib olan məktəblimizi, lisey rəhbərliyini , müəllimlərini və repetitorlarını, olimpiadaya hazırlıq komandasını, valideynlərini təbrik edirəm.
Sponsorlara da təşəkkürlər.
Bəzi ölkələrin bu olimpiadada qazandığı uğurları təqdim edirəm :
Ermənistan 1 Gümüş medal
Gürcüstan 1 Bürünc medal
Kazaxıstan 3 Gümüş medal, 1 Bürünc medal
Qırğızıstan 2 Gümüş medal, 1 Bürünc medal
Türkiyə 1 Qızıl, 2 Gümüş, 1 Bürünc medal
Yeri gəlmişkən, bu nüfuzlu Olimpiadada son 5 ildəki uğurlamızı təqdim edirəm :
2020 - 3 bürünc
2021 - 2 bürünc
2022 - 1 bürünc
2023 - 1 bürünc
2024 - 1 bürünc
Göründüyü kimi beynəlxalq informatika olimpiadasında uğurlarımız son 3 ildə dəyişməyib – hər il cəmi 1 bürünc medal qazana bilmişik.
Azərbaycan bu il də daxil olmaqla bu olimpiadada indiyədək 13 medal (12 bürünc , 1 gümüş) qazanıb. Qızıl medal olmayıb.
Düşünürəm ki, ETN və olimpiadaya hazırlıq üzrə qrup fəaliyyətini daha da gücləndirməlidir.
p.s. Düşünürəm ki, bu olimpiadanın qaliblərinin və onların müəllimlərinin də hökumət tərəfindən yüksək səviyyədə mükafatlandırılması məntiqli və doğru olardı
Osman Gunduz