Vəfa Nağı macəraları - Namizəd yoxsa avantürist "şüvənçi"? FOTO

8-09-2024, 00:03           
Vəfa Nağı macəraları -
Təxminən ayyarım öncə Vəfa Nağının 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olacağını eşitdim. Bunu mənə ilk məlumatı elə onun yaxını verdi. Təəccüblə soruşdum: O da deputat olmaq istəyir?
" Yox" dedi, "kənddə deyib ki, seçilməyə nə istəyim var nə ümidim. Bir az rayonda səs-küy yaratmaq istəyirəm".
Bir namizəd təsəvvür edin, məqsədi seçilmək yox şüvənlik salıb ortalığı qarışdırmaqdı.
Günlərdir onu izləyirəm, namizəd təbliğat-təşviqat prosesində nə edir? Məqsədlər, gələcək üçün planlar, vədlər və görüləcək işlərin hesabatını verir.
Vəfanın görüşlərində isə bunların heç birini görmək mümkün deyil. Yalnız digər namizədləri, əsas da ən güclü rəqibinə böhtan atmaq, insanları təxribata çəkmək, rəqibi hədələmək, MSK-nı təhdid etmək, dövlətimizin seçki ideologiyasını və dövlətin siyasi xəttini ləkələməyə çalışmaq. Başqa heç nə. Seçki platforması sadəcə yoxdan ibarətdir. Heç yoxun özü də yoxdur. Nə vəd yox, nə görüləcək plan yox, nə də vətəndaşın dərdini dinləmək yoxdur. Çünki özünün dərdi var, missiyası var. Seçki prosedurunu zədələmək, Neftçalada keçiriləcək seçkidə ortalığı vəlvələyə vermək. Bir də insanlardan səs istəyir. Niyə sənə səs versin sakin? Sən nə vəd verirsən ona? Heç nə. Hansı problemini dinləmisən? Heç birini. Niyə sənə səs versinlər, özünə bu sualı vermisən heç?

Vəfa unutmasın ki, Neftçala sakinləri keçmişi unutmur. Müharibə vaxtı Azərbaycanın torpaqlarını düşməndən azad etməsinə "işğal" damğası vururdun. Ölkə rəhbərini qoşunları Qarabağdan, öz ərazimizdən çıxardıb erməni əsgərlərinin öldürülməsinə son verməsini tələb edirdin. Bir dəfə yazmadın ki, öldürülən ermənilərin bizim torpağımızda nə işi vardı? Bir dəfə bunu sorğulamadın. Çünki, əmr aldığın ağalarına bu sərf etmir axı... O ermənilər sənin ağzınla, sənin dilinlə danışırdı, onlar diktə edirdi, sən yazırdın. Hələ Azərbaycanı təhqir edən, bizi işğalçı adlandıran ermənilərin yazdıqları postları, rəyləri facebookda like edirdin, razılaşırdın onlarla... Səncə neftçalalı bunu unudar?!

Bayaq bir görüşünə baxıram, guya su verilmir kəndə. Xub, su problemi var amma bunun çözümü sənin yöntəminlə olmaz. İnsanları bir yerə toplayıb polisin qabağına verdin, polisin arxasında düşüb onları təxribata çəkmək istəyirdin amma olmadı, Neftçala polis işçiləri çox səbrli davrandı sənə qarşı, mən olsaydım bu qədər səbrli olmazdım. Hələ bir nəfər də yanındakı birisi dedi :
Adamın imkanı ola, bunları sıraya düzüb güllələyəsən... Bax sən busan Vəfa, yanındakılar da budu, sənin görüşünə gələnlər də bunlardı, özün kimi təxribatçılar...
Mənə məlumat çatır, neçə gündü zəng edir ictimai və siyasi fəallara, Neftçalaya çağırır onları, dəstək axtarır. Kimlər çağırışına qoşulub gedib siyahı var məndə. Siyahıda çatmayan ermənilərdir. Onları da çağır, axı sənin aran yaxşıdı onlarla... Hamısı özü kimi şüvənçi, qara qışqırıq salıb ortalığı qarışdıran siyasi fəallar. Həə, bir də aralarında neftçalalı yoxdu. Bir nəfər belə yoxdu. Bəs nə oldu, görüşlərdə bar bar bağırırsan neftçalalı belə gəldi, neftçalalı belə getdi... Yanında bir neftçalalı yoxdu, bir dəfə də güzgüyə bax özünə etiraz et, özünə bağır, çığır.

Bayaq da canlı yayım açıb mənim haqqımda ağzına gələni dedin, məni rəqibinin trolu adlandırdın, unutma, mən neftçalalıyam, yanındakılar da neftçalalıdır, səndən fərqli olaraq şüvənçi dəstə gəzdirmirəm yanımda...
Biz neftçalalılar olaraq LGBT dəstəkçisi, erməni əsgərinin ölümünə üzülən birini rayonumuzda deputat görmək istəmirik, buna imkan da verməyəcəyik, sənə səs də verməyəcəyik, get Vanadzordan namizədliyini ver ya da Meçamordan. Sənin əsl dəstəkçilərin ordadı, Neftçaladan sənə əppəy çıxmaz...
Nurlan Ceferi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.