BRICS necə yaranıb və qrupun məqsədi nədir? - ARAŞDIRMA

8-09-2024, 10:25           
BRICS necə yaranıb və qrupun məqsədi nədir? - ARAŞDIRMA
BRICS qrupu yeni ölkələrin iştirakı ilə genişlənir. Misir, İran, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının iştirakı ilə üzvlərin sayı 10-a yüksəlib. Son zamanlar Azərbaycan və Türkiyə daxil olmaqla, bir sıra ölkələr qrupa üzv olmaq niyyətlərini ifadə edib.

Bəs BRICS nədir və necə yaranıb?

Dia-az.İnfo bu qrupla bağlı ətraflı məlumatın yer aldığı materialı təqdim edir.

BRICS necə yaranıb?

2001-ci ildə “Goldman Sachs” investisiya bankında çalışan Cim O'Neyl adlı iqtisadçı Braziliya, Rusiya, Hindistan və Çinin ingiliscə adlarının baş hərflərindən ittifaqa adını verən BRIC abbreviaturasını yaradıb.

O dövrdə bunlar böyük, orta gəlirli, lakin ərazi baxımından sürətlə inkişaf edən iqtisadiyyatlar idi. O'Neyl bu ölkələrin 2050-ci ilə qədər dünyanın ən böyük iqtisadiyyatları arasında olacağını proqnozlaşdırıb.

2006-cı ildə dörd ölkə bir araya gələrək BRIC-i yaradıb. 2010-cu ildə Cənubi Afrikanın iştirakı ilə qrup üzv ölkələrin ingiliscə adlarının baş hərfləri ilə BRICS adlandırılıb.

Qrup inkişaf etməkdə olan ölkələrə beynəlxalq məsələlərdə daha çox söz vermək və Qərbin qlobal maliyyə sistemi üzərində hökmranlığına meydan oxumaq məqsədi daşıyır.

2024-cü il yanvarın 1-də qrupa Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri, ardınca isə gecikmə ilə Səudiyyə Ərəbistanı qoşulub. Qrupa dəvət edilən digər ölkə Argentina isə Xavyer Mileyin prezident seçilməsindən sonra ərizəsini geri götürüb.

BRİCS birliyi nə dərəcədə effektivdir?

Genişlənmədən əvvəlki məlumatlara görə, BRICS ölkələrinin ümumi əhalisi 3 milyard 240 milyon nəfər civarında idi və onların ümumi milli iqtisadi böyüklüyü 26 trilyon dollara bərabər idi ki, bu da dünya iqtisadiyyatının 26 faizini təşkil edirdi.

Digər tərəfdən, ABŞ-nin “Atlantic Council” adlı beyin mərkəzinə görə, BRIKS ölkələrinin Beynəlxalq Valyuta Fondunda (BVF) 15 faiz səs hüququ var idi.

Genişlənmədən sonra qrupun iqtisadi ölçüsü 30 trilyon dollara yaxınlaşıb.

BRICS-ə yeni müraciətlər varmı?

2023-cü ildə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən sammit qrup üzvlərinin sayının artırılması ilə bağlı müzakirələrlə yadda qalıb.

Cənubi Afrikanın BRICS və Asiyadakı səfiri Anil Suklal sammitdən əvvəl verdiyi açıqlamada 22 ölkənin bu qrupa üzv olmaq üçün rəsmi müraciət etdiyini və eyni sayda ölkənin də qoşulmaq arzusunda olduğunu bildirib.

Dublindəki “Trinity” Kollecinin professoru Padreyq Kamodinin sözlərinə görə, güclər balansının Qərbdən uzaqlaşdığı və inkişaf etməkdə olan ölkələrin daha çox BRICS ölkələri kimi inkişaf etməkdə olan güclərə doğru üz tutduğuna dair fikir var.

Çinin birliyə çoxlu sayda yeni ölkəni qəbul etmək istədiyi düşünülür, lakin Cənubi Afrika, Hindistan və Braziliya daha az sayda ölkəyə qoşulmağa üstünlük verir və anti-Qərb xarici siyasət yürüdən ölkələrin sayını məhdudlaşdırmaq istəyir.

BRICS-in məqsədi nədir?

BRICS, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi beynəlxalq maliyyə qurumlarında yaradılmış strukturun dəyişdirilməsi, inkişaf etməkdə olan iqtisadiyyatların daha çox təmsil olunmasını və söz sahibinə çevrilməsini təmin etmək üçün yaradılıb.

2014-cü ildə BRICS ölkələri 250 milyard dollar kapitalla “Yeni İnkişaf Bankı”nı (NBD) yaradıb. Bu bankın məqsədi inkişaf etməkdə olan ölkələrin inkişaf layihələrinə kredit vermək məqsədi daşıyıb.

Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi o dövrdə BRICS-in üzvü olmayan ölkələr də “Yeni İnkişaf Bankı”na qoşulub və bu iki ölkə üzv olmağa dəvət edilib.

BRICS ölkələri ümumi valyuta buraxa bilərmi?

BRICS üzvü olan Braziliya və Rusiyanın tanınmış siyasətçiləri bu yaxınlarda beynəlxalq ticarət və maliyyə bazarlarında hökmranlıq edən dollarla rəqabət aparacaq valyuta yaratmaq ideyasını irəli sürüblər. Lakin Cənubi Afrikanın Həmkarlar İttifaqının nümayəndəsi Anil Suklal bu təklifin Yohannesburq sammitində müzakirə edilmədiyini bildirib.

BRICS terminini ilk dəfə istifadə edən iqtisadçı Cim O'Neyl “Financial Times”a verdiyi müsahibədə üzvlər arasında qüvvədə olan yeni valyuta ideyasının “cəfəngiyyat” olduğunu dilə gətirib.

BRICS ölkələrinin ortaq və fərqli cəhətləri nədir?

Professor Kamodi deyir ki, bütün BRICS ölkələri öz regionlarında mühüm ölkələrdir.

Kamodi vurğulayır ki, Çin dünyada dominant ölkəyə çevrilib və BRICS vasitəsilə dünyanın cənubunun lideri olub. Digər tərəfdən, Hindistan Asiya-Sakit okean regionunda Çinin əsas rəqibidir. İki ölkə arasında sərhəd gərginliyi də var və Yeni Dehli hökuməti bəzi ölkələrlə, o cümlədən ABŞ ilə qonşusunun təsir dairəsini məhdudlaşdırmaq üçün hərəkətə keçir.

Londonda yerləşən “Chatham House” analitik mərkəzinin Qlobal İqtisadiyyat və Maliyyə Proqramının direktoru Kreon Batlerin sözlərinə görə, Rusiya da Çin kimi BRICS-i Qərbə meydan oxuya biləcək bir blok hesab edir.

Batler deyir ki, Rusiya BRICS-i Ukraynanın işğalı ilə əlaqədar tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq üçün Qərbə qarşı mübarizədə bir vasitə kimi görür. Sanksiyalardan sonra Rusiya neftinin ən böyük alıcıları Hindistan və Çin olub (BBC).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.