Düşünmək üçün. Şərhsiz. Ancaq rəqəmlər.

9-09-2024, 09:04           
Düşünmək üçün. Şərhsiz. Ancaq rəqəmlər.
Gürcüstanda 651 min 0-16 yaş arası uşaq qeydiyyatdadır. 254333 nəfər, yəni, qeydiyyatda olan uşaqların 28,3%-nin ailələri uşaqlarına görə ayda 200 lari (75 dollar, və ya 127 manat) pul alırlar.
Gürcüstanda ilk uşaq anadan olanda birdəfəlik yardım kimi ailəyə 370 dollar, sonrakı 2 uşağa görə 559 dollar, dördüncü və hər sonrakı uşaq anadan olanda isə birdəfəlik yardım kimi 746 dollar ödənilir.
Gürcüstanda yuxarıda yazdıqlarım mərkəzi hökumətin hamıya aid etdiyi sosial müavinətlərdir, amma qonşu ölkədə Bələdiyyələrin də öz ərazisində yaşayan əhaliyə mərkəzi hökumətdən ayrı ödənişlər etmək hüququ var – mərkəzi hökumətin ödədiyi vəsaitdən əlavə, məsələn, Ahalkələk Bələdiyyəsi öz ərazisində yaşayan ailələrə ayrıca vəsait ödəyir: Birinci və ikinci uşaq doğulanda ödənilən məbləğ 250 lari təşkil edir, üçüncü uşaq üçün məbləğ 350 lari, dördüncü uşaq üçün 500 lari, hər sonrakı uşaq üçün 300 lari daha çox ödəniləcək. Yəni beşinci uşaq dünyaya gələndə ödəniş məbləği 800 lari, 6-cı üçün 1100 lari, və s. olur.
Ermənistanda birinci və ikinci uşağın doğulmasına görə birdəfəlik müavinət 300 min dram (770 dollar), üçüncü və dördüncü uşaqlar üçün 1 milyon dram (2,5 min dollar), beşinci və sonrakı hər uşağa 1,5 milyon dram (3,8 min dollar) təşkil edir.
Bundan başqa, üçüncü və sonrakı uşaqlar üçün valideynlərə uşağın 6 yaşı tamam olana qədər ayda hər uşağa 50 min dram (120 dollar) müavinət verilir.
Qarabağdan olan köçkünlər Ermənistan vətəndaşlığını qəbul etdikləri halda bu ödənişlər onlara da şamil edilir.
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.