ABŞ-Azərbaycan təhlükəsizlik əməkdaşlığı müzakirə edilib

9-09-2024, 09:54           
ABŞ-Azərbaycan təhlükəsizlik əməkdaşlığı müzakirə edilib
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Haciyevlə görüşüb.

ABŞ səfirliyi X platformasında bildirib ki, görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib.
https://x.com/USEmbassyBaku/status/1832688057373384952?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1832688057373384952%7Ctwgr%5Efa247eab9947ea3cf9dd4af5b90dba45be66b831%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.amerikaninsesi.org%2Fa%2F7775938.html Məlumatda müzakirə edilən məsələlər barədə detallı məlumat verilmir. Rəsmi Bakı isə görüşlə bağlı hələ məlumat yaymayıb. ABŞ səfirliyinin bundan öncə, sentyabrın 6-da yaydığı məlumata görə, Patrik Prior ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı danışıqlar aparmaq üçün Bakıya səfər edib. “ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparmaq üçün Bakıda səfərdə olan ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri cənab Patrik Prioru salamlamaqdan məmnunuq”, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru