Hər halda razılaşdırılmayan əsas bənd Konstitusiya dəyişikliyi ilə bağlıdır.
10-09-2024, 08:59
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar. Baş nazir Nikol Paşinyan avqustun 31-də sülh sazişinin 17 bəndindən 14-nün razılaşdırıldığını bildirmişdi. Rəqəmlərdə fərqlilik var. Bəndin biri hara gedib? Ya Paşinyan özündən bir bənd artırıb, ya da onun naziri sazişdən bir bəndi çıxıb. Real rəqəmi Azərbaycan Xarici İşlər Nazirliyi açıqlaya bilər. Hər halda razılaşdırılmayan əsas bənd Konstitusiya dəyişikliyi ilə bağlıdır. Elxan Şahinoğlu TEREF