COP29 dövründə Bakıda toylara məhdudiyyət və ya SMS icazə sistemi tətbiq olunmayacaq - BƏLLİ OLDU!

18-10-2024, 16:30           
COP29 dövründə Bakıda toylara məhdudiyyət və ya SMS icazə sistemi tətbiq olunmayacaq - BƏLLİ OLDU!
Trend bu barədə məlumatlı mənbəyə istinadən xəbər verir.

Qeyd edək ki, noyabrın 11-dən 22-dək COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək.

Əldə etdiyimiz məlumata əsasən, COP29 zamanı toy və ya digər xüsusi tədbirlərə qadağa tətbiq ediləcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bütün obyektlər məhdudiyyətsiz fəaliyyət göstərəcək.

Həmsöhbətimizin sözlərinə görə, bu, digər söz-söhbətlərə də aiddir - tətbiq ediləcək hərəkət məhdudiyyətləri, SMS icazə sisteminin tətbiqi (karantin məhdudiyyətləri nümunəsi ilə) və sair.

"Yol hərəkəti ilə bağlı yalnız müəyyən məhdudiyyətlər var, onlar təhlükəsizlik tələbləri ilə bağlıdır", - deyə mənbə əlavə edib.


***

“Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”.

APA xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır: “İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.