18 oktaybr 1991-ci ilə gələn yol: Dissident hərakatı və gizli birliklər...

19-10-2024, 00:04           
18 oktaybr 1991-ci ilə gələn yol: Dissident hərakatı və gizli birliklər...
28 may 1918-ci ildə müstəqilliyini dünyaya bəyan edən Azərbaycan Cümhuriyyəti 28 aprel 1920-ci ildə süquta uğradılandan sonra uzun müddət ölkə daxilində və xaricində dövlətin bərpası üçün mübarizə aparılıb.
Cümhuriyyətin bərpası istiqamətində xalqın rolunu azaldıb digərlərinin adına bağlamaq düzgün deyil. Üç rəngli bayrağın bərpası 1988-ci ildən başlanan və 1990-cı ildə qanla bitən mübarizənin nəticəsində mümkün olub. Bunu ölkədə rəhbər olmuş şəxslərin adına bağlamaq düz deyil. Xüsusilə Heydər Əliyev, Əbülfəz Elçibəy, Ayaz Mütəllibovun adları çox hallanır. Lakin bu şəxslərdən öncə Azərbaycanda gizli dissident birlikləri olublar ki, 1991-ci il 18 oktyabrına yol məhz ONLARDAN gəlib. Müstəqilliyin bərpasına görə xalqa və 60-80-ci illərdə əziyyət çəkən Kişilərin minnətdarıq...
Bir çoxları bunu bilməsədə Azərbaycan daxilində ikinci dünya müharibəsindən sonra ziyalıların başda durduğu gizli bir cəmiyyət olub.Yaranan gizli cəmiyyətin üzvləri Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Çingiz Abdullayev, Cahid Hilaloğlu, İlyas Əfəndiyev, Sabir Əhmədli, Sabir Yanardağ, bəstəkar Qara Qarayev, Xan Şuşinski, İsa Muğanna, aşıq Mikayıl Azaflı, Rəsul Rza, Nadir Ağayev, və sairələr var idi. Bu gizli hərakat ədəbiyyatda və elmdə sətiraltı olaraq Azərbaycan Cümhuriyyətini təbliğ edir və sovet rejimin xalqımızın başına gətirdiklərin yazırdılar. Sovet quruluşunun, ideologiyasının, cəmiyyətinin insanı öz qanından, genindən, kökündən ayrı salması məsələsi kəskin olaraq əsərlərdə tənqid olunurdu. Bu cəmiyyətdə Azərbaycanın üç rəngli, ay ulduzlu bayrağı da var idi.
1955-ci ildə M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olan Məhəmməd Kəngərli Londonda elmi ezamiyyətdə olan Xudu Məmmədovla i rastlaşır və ona üç rəngli bayrağı hədiyyə edir. Gizli surətdə bayrağı Azərbaycana gətirən Xudu müəllim Universitetdə yaratdıqları gizli təşkilat üzvlərinə bayrağı göstərir. Yaranan gizli cəmiyyətin üzvləri Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Çingiz Abdullayev, Cahid Hilaloğlu, İlyas Əfəndiyev, Sabir Əhmədli, Sabir Yanardağ, bəstəkar Qara Qarayev, Xan Şuşinski, İsa Muğanna, aşıq Mikayıl Azaflı, Nadir Ağayev, və sairələr var idi. Bu gizli hərakat ədəbiyyatda və elmdə sətiraltı olaraq Azərbaycan Cümhuriyyətini təbliğ edir və sovet rejimin xalqımızın başına gətirdiklərin yazırdılar. Sovet quruluşunun, ideologiyasının, cəmiyyətinin insanı öz qanından, genindən, kökündən ayrı salması məsələsi kəskin olaraq əsərlərdə tənqid olunurdu. Bu cəmiyyətdə Azərbaycanın üç rəngli, ay ulduzlu bayrağı da var idi. Xudu müəllimin təşəbbüsü ilə kağız üzərində həmin bayrağın rəsmin çəkib üzvlərə paylanılır.
Bu cəmiyyətin üzvləri gizli şəkildə kommunist diktaturasının doğurduğu eybəcərlikləri pisləyən vərəqələr yazıb divarlara vururdular. Əhalini Beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə,Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar. Səfəvilər imperatorluğunun qurucusu, şair Şah İsmayıl Xətaidən və Azərbaycan tarixindən bu gizli görüşlərdə söhbət gedirdi. Azərbaycan tarixinə rus və ermənilərin müdaxiləsini qəti pisləyən Xudu müəllim və cəmiyyətin üzvləri tarixin reallığından mühazirlələr deyirdilər. Həmin məruzələr məxfi qrifi ilə geniş tədqiqatçılardan gizlədilirdi. O zaman gizli elmi müəssisələrdə çalışanların çoxu ictimaiyyətdə tanınan adamlar olub. Buna elmi dildə dissitdentlər deyirlər. Sovet dövründə Vaqif Səmədoğlunun "Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada” misralı məşhur lirik şeirində yaşıl rəngə müəyyən mənalar verir, çapına qadağalar qoyulurdu. Onlar bunu Cümhuriyyətin bayrağının sətiraltı təbliğatı kimi izah edirdilər. Yaxud Xan Şuşinski sovet illərində bəslədiyi "Şuşanın dağları" mahnısı ilə o illərdə Azərbaycanın dövlət rəmzini musiqi ilə vəsf edib: "Mavi səması dumanlı, qırmızı koftaya bürünən ətəyi yaşıl Azərbaycan”. Bu ideoloji mübarizənin bu gün də dinlənilən, unudulmayan nümunəsidir. Sabir Əhmədlinin əsərlərin mahiyyətində antisovet təbliğatı dururdu.
İsa Muğannanın 1959-cu ildə yazdığı "Yanar ürək” romanında kommunist rəhbərlər tənqid olunub. "İdeal” romanı isə antisovet ruhunda yazılıb. O dövrdə alimlər, tanınan simalar Moskvadan gətirilən sovet hökuməti əleyhinə ədəbiyyatı geniş yayır, gizli yığıncaqlar keçirir, mübahisəyə hazırlaşır, partiyaya yad olan, dövlət siyasətindən narazı olan adamlardan istifadə edirdilər. Dəfələrlə partiya iclaslarında bu cəmiyyətin üzvü olan Xudu müəllimi, Bəxtiyar Vahabzadə və digərlərinin məsələsini müzakirəyə çıxarırdılar. Universitetdən uzaqlaşdırılacağı ilə hədələyir, süni konfliktlər salırdılar. Yəni Müşfiqi, Cavidi məhv edən rejim yaşayan şairlərə dinclik vermirdi. Onlara verilən əzabı, bəlkə də çoxları görmürdü. Bizlərin yadında daha çox sovetlərin son dönəmi qalıb. Əslində, Stalin rejimi və sonrakı dövrlərdə vəziyyət – xüsusən milli dəyərlərlə bağlı vəziyyət olduqca ağır idi. Xalq bayramını keçirə bilmir, dinindən uzaqlaşdırılır, dili işlənmirdi.
Bu cəmiyyət Azərbaycan bayrağını Bakının ən zirvəsində qaldırmaq qərarına gəlir və bu işi Cahid Hilaloğlu ilə Çingiz Abdullayev öz boynuna götürür. Vaxt da müəyyən edilir. 1957-ci ilin mayın 28-də Cahid Hilaloğlu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırırlar. Xudu müəllim bayrağı ona verib "Dalğalandır bayrağı ən uca zirvədə" deyib xeyir dua verir.
Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Araşdırma qrupu bunu ovaxtkı siyasi dustaqları başqa adla şərləyib tutmaq təcrübəsinə bağlayır. Əli Şamilin dediyinə görə, aşıq Mikayıl Azaflı da yazdığı şeirlərə görə yox, oğurluğa görə tutulmuşdu. Özü də, palto oğurluğuna görə! Gülünc də olsa, bir neçə aydan sonra Cahid Hilaloğlunu da palto oğurluğunda suçlayıb tuturlar. Daha sonra onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğat və təşviqatda suçlayırlar. İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır…
Bundan sonra gizli cəmiyyət dağılır və üzvləri təqib olunmamaq üçün ayrılırlar. BDU-da keçirilən görüşlər təxirə salınır. Bütün əlyazmalar yandırlır, bayraq gizlədilir.
1988-ci il. Qərbi Azərbaycandan çox ağır formada deportasiya başlanılır. Xankəndində aksiyalar 15 min azərbaycanlının Şuşa və digər şəhərlərə köçürülməsinə səbəb olur.
Rusiya-Amerika danışıqlarında əsas mövzu müstəqil Ermənistan və ona Qarabağın birləşdirilməsi idi. Ancaq ermənilər sakitləşmirdi. Moskvadan və Vaşinqtondan daha sərt addımlar tələb edirdi.
1990-cı il. 19-dan 20-nə keçən gecə. Qanlı Bakı hadisələri. Erməni terrorçuları sovet ordusu əsgərləri adı altında ruslarla birgə Azərbaycan xalqına ağır zərbə vurur.
1991-ci il martın 17-də keçirilmiş referendumda Azərbaycan əhalisinin əksəriyyəti islah olunmuş Sovet ittifaqının saxlanmasına tərəfdar olmuşdu. Qafqazdakı ilk müstəqillik bəyannaməsi 1991-cin ilin aprelində Gürcüstandan səslənmişdi. Azərbaycan isə gözlədilirdi. Keçmiş kommunistlər səs vermədə imtinalar edirdilər.
Bütün sovetlərə daxil olan dövlətlər bir bir müstəqil olmaq üçün bəyantlar verir. Nəhayət 1991-c ilin 18 oktyabrında mütərəqqi addım atılır. Dövlət müstəqilliyi elan edilir. (Əlsində sənədin orjinalında dövlət müstəqilliyinin bərbası yazılır) İlk olaraq müstəqillik əldə ediləndə dövlətin adının Şimali Azərbaycan Respublikası kimi qeyd olunması tələb edlir. Lakin təklif qəbul edilməyib.Azərbaycan Respublikası kimi qalmağı məqbul sayılır. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar sessiyaya qatılmayanlar idi...
Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin hüquqi-siyasi varisi kimi dünya sisteminə daxil olur. Və müstəqil Azərbaycanın ərazi bütövlüyü BMT sənədlərində təsdiqini tapır.
Zaur Aliyev dosent
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.