İmperiya təkəbbürü: Moskva Bakını şantaj edir
Bu gün, 00:10
![İmperiya təkəbbürü: Moskva Bakını şantaj edir](/uploads/posts/2025-02/1739030764_1.jpg)
Təxminən bir ay yarım əvvəl Qroznı üzərində baş verən insidentdən sonra Qazaxıstan ərazisində qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı xəbərlər hələ uzun müddət Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin gündəmində qalacaq.
Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, artıq ilkin hesabat da dərc olunub və bu kədərli tarixçədə demək olar ki, heç bir qaranlıq məqam qalmayıb. Lakin bəziləri hələ də inadkar mövqeyini dəyişmək fikrində deyillər və özlərində heç bir günah olmadığını iddia edirlər.
Bildirilir ki, artıq mülki təyyarənin atəşə tutulması, radioelektron mübarizə sistemləri tərəfindən yaradılan maneələr, "Kovyor" planının gec elan edilməsi və Azərbaycan təyyarəsinin heyətinə bu barədə məlumat verilməməsi faktları şübhəsizdir. Bütün bu faktlar təkzibedilməz hala gəlib və Rusiya tərəfinin öz məsuliyyətini inkar etməsinin heç bir mənası qalmayıb.
Daha ətraflı "Caliber"in yeni süjetində: