Trampdan İrana qarşı “kürd nefti” demarşı –ABŞ Bağdaddan nə tələb edir?

Bu gün, 15:34           
Trampdan İrana qarşı “kürd nefti” demarşı –ABŞ Bağdaddan nə tələb edir?
Tramp administrasiyası kürd neftinin yenidən ixracına icazə verməsi üçün İraqa təzyiqləri gücləndirir. Əks təqdirdə İranla birgə sanksiyalara məruz qalacağı ilə hədələyir.

Bu barədə Reuters-ə vəziyyətlə bağlı məlumatı olan 8 mənbə məlumat verib.

İraqın muxtar Kürdüstan regionundan ixracın bərpa olunması düşməkdə olan İran neftinin ixracını kompensasiya edə biləcək.

Tramp Tehrana maksimum təzyiqlə İranın neft ixracını sıfır səviyyəsinə endirəcəyini vəd edib.

ABŞ hökuməti bəyan edib ki, İranı dünya iqtisadiyyatından təcrid etmək və neft ixracından gələn gəlirlərini ləğv etmək istəyir. Bununla da İranın nüvə silahı yaratmaqla bağlı işini ləngitmək niyyətindədir.

Bu həftənin əvvəlində İraqın neft naziri gözlənilmədən bəyanat verərərək bildirdi ki, gələn həftədən Kürdüstandan olan ixracı bərpa olunacaq. Bu, Türkiyə vasitəsilə dünya bazarına çıxarılan gündəlik 300 min barell kürd neftinin ixtisarına səbəb olmuş mübahisənin sona çatmasıdır.

Reuters-ə danışan 8 mənbə deyib ki, ABŞ-dan artan təzyiq İraq nazirinin belə bəyanat verməsində həlledici rol oynayıb.

İran qonşusu İraqa öz iqtisadiyyatını sanksiyalardan qorumaqda ona dəstək olan həyati əhəmiyyətli müttəfiqi kimi baxır. Amma Bağdad ABŞ-ın və həmçinin İranın tərəfdaşı kimi Trampın siyasətinin hədəfinə düşməsindən ehtiyat edir.

Tramp istəyir ki, İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani İranla olan hərbi və iqtisadi əlaqələrini kəssin.

İran özünün güclü şiə müqavimət qruplarından və siyasi partiyaları vasitəsi ilə İraqda əhəmiyyətli dərəcədə hərbi, siyasi və iqtisadi təsir imkanlarına malikdir. Amma ABŞ təzyiqləri elə bir zamanda başlanır ki, İran İsrailin hucumları ilə zəifləyir.

Kürd neftini Ceyhana aparan kəmər 2023-cü ildən bağlıdır. Amma İrana kürd neftinin yük maşınlarında qaçaqmal kimi daşınması çiçəklənir. ABŞ Bağdadı bu dalğanı məhdudlaşdırmağa çağırır.

Reuters ötən ilin iyulunda məlumat vermişdi ki, Kürdüstandan İrana və Türkiyəyə hər gün qaçaqmal yolu ilə ucuz qiymətə 200 min barel xam neft daşınır.

“Vaşinqton Bağdaddan tələb edir ki, kürd xam neftini dünya bazarına Türkiyə vasitəsi ilə çıxarlmasını təmin etsin, neftin ucuz qiymətə İrana satılmasına imkan verməsin”-deyə İrana xam neft daşınması ilə bağlı məlumatlı olan irqalı neft məmuru bildirib.

Türk boru kəmərinin bağlanması kürd neftinin İran vasitəsi ilə kontrabanda ilə daşınmasına imkan yaradıb. Bu nəhəng şəbəkə İrana və onun etimad etdiyi şəxslərə ildə 1 milyrad dollar pul gətirir. Bu şəbəkə 2022-ci ildə isə əl-Sudani hakimiyyətə gələndən sonra çiçəklənib.

ABŞ administrasiyasının iki nümayəndəsi ABŞ-ın İraqdan kürd neftinin ixracının bərpasını istədiyini təsdiqləyib. Onlardan biri deyib ki, bu addım neft qiymətlərinin yüksəklməsini zəiflədəcək.

Ağ Evin nümayəndəsi deyib: “Regional təhlükəsizlik üçün təkcə kürd tərəfdaşlarımıza öz neftini ixrac etməsinə icazə vermək kifayət deyil, həmçinin qaz qiymətləri də aşağı səviyyədə qalmalıdır”.

Tramp tərəfindən İrana maksimum təzyiq kampaniyası onun Ağ Evə qayıtmasından sonra ilk fəaliyyətindən olub. İranın neft ixracını sıfır səviyyəsinə salmaq cəhdləri ilə yanaşı Tramp maliyyə nazirinə əmr edib ki, İran İraqın maliyyə sistemindən istifadə edə bilməsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.