Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu
Bu gün, 07:40

İpoteka və Kredit Zəmanət Fondu sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, "yeni inzibati binada təmir-bərpa işləri" lotu üzrə keçirilən satınalmada "Maksimus" (VÖEN: 2900010021) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Satınalmanın məbləği 17.804.626 manat təşkil edib.
"Maksimus" MMC 2004-cü ilin aprel ayında təsis edilib. Yüz manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Bakı-Dərbənd yolu, ev şimalı, qanuni təmsilçisi isə Gülməmmədov Muxtar Əşrəf oğludur.

"Maksimus" MMC ölkədə fəaliyyət göstərən tikinti şirkətlərindən biridir. Şirkət 2022-ci il maliyyə hesabatında ili zərərlə bitirdiyi audit hesabatında məlum olmuşdu.
Şirkətin qanuni təmsilçisi Muxtar Babayevin adı 2021-ci ildə Bakı şəhəri Atatürk prospektində xeyli sayda ağac və kolları ekspertiza rəyi olmadan budatdırdığı və kökündən çıxartdırdığı üçün mediada gündəmə gəlmişdi.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Atatürk prospekti 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığını aşkarlamış, ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib edərək vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə etmişdi.

Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımovdur.
Fəxri Kazımov uzun Azərbaycan Sosial Rifah Partiyasının sabiq sədri, sabiq deputat Xanhüseyn Kazımlının oğludur.
Cahandar Laçınlı
Qlobal.az