200 manata saxta arayış satan Ədalət Kalbalıyev şirkətlərini ləğv edir

Bu gün, 16:32           
200 manata saxta arayış satan Ədalət Kalbalıyev şirkətlərini ləğv edir
Kalbalıyev Ədalət Tofiq oğlu qanuni təmsilçisi olduğu "Papirus-L” MMC, "L. Orbita-BE” MMC, "Everest 2” MMC və "Dorsan” Məhdud Məsuliyyətli Cəmiyyətlərini ləğv edilir.

AzFakt.com xəbər verir ki, fəaliyyətləri barədə heç bir məlumat olmayan bu MMC-lərin dövlət satınalmalarında "otkad" əməliyyatlarında iştirak edib.

Şirkətlərin qanuni təmsilçisi Ədalət Kalbalıyev bir neçə il öncə saxta arayış və sənədlər satdığına görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Belə ki, Ədalət Kalbalıyev vətəndaşa banklardan birinə təqdim etmək üçün “Uni-İnfo Holding” MMC-də menecer vəzifəsində işləməsi və aylıq 550 manat əmək haqqı alması barədə saxta arayış tərtib edərək 200 manata satmaq istədiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmışdı.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, Ə.Kalbalıyev paytaxtdakı poliqrafiya mərkəzlərindən birində sözügedən firmanın rekvizitləri olan boş blankda vətəndaşın həmin şirkətdə işləməsi barədə saxta arayış hazırlayıb. Daha sonra isə o, saxta arayışı firmanın direktoru kimi imzalayaraq saxta möhürlə təsdiqləyib. Baxış zamanı Ə.Kalbalıyevin idarə etdiyi avtomobildən və poliqrafiya mərkəzindən müxtəlif banklara təqdim etmək üçün tərtib edilən saxta arayışlar, möhürlər, adıçəkilən firmanın rekvizitləri olan boş blanklar və onların hazırlanmasında istifadə edilən kompüter avadanlıqları aşkar edilərək götürülmüşdür.

Qeyd edək ki, kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi küçəsi, ev 48, mənzil 41 ünvanına bildirmələri qeyd edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.