Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...

Bu gün, 10:30           
Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU -
Dünən məlum oldu ki, Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb, hər biri 2 min manat cərimələnib. "DİA-AZ" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yaydı.

Xəbərdə deyilirdi ki, xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı rayon ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb. Araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilərək qanun pozucularının hər birinə 2 min manat məbləğində cərimə tətbiq olunub.

Qeyd edək ki, "DİA-AZ" olaraq bu barədə geniş məlumat təqdim etmişdik.

Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..

Bu bir yana... aydın olur ki, ƏRƏB OVÇULARDAN yalnız ikisi "cəzalanıb"... digər biri isə CƏZALANMAYIB...

Bu da hamısı deyil...

Açıqlamalara görə ETSN Biləsuvarda ov edən 2 BƏƏ vətəndaşını hər biri 2000 AZN olmaqla cəzalandırıb. Bu cəzaların heç bir hüquqi əsası yoxdur.
Çünki, bəzgək kimi qırmızı kitab növlərinin ovlanması Cinayət Məcəlləsi ilə tənzimlənir (Maddə 258, aşağıda həmin hissəni əlavə etmişik). Bölüşdüyümüz faktlara görə ərazidə ov edən onlarla ərəb olub. Hətta eyni maddənin 258.3.2 (qabaqcadan əlbir olan şəxslər) bəndinə görə hər biri minimum 6000 AZN cərimələnə bilər, ovladıqları hər bəzgəyə görə 330 AZN (təbiətə dəymiş ziyan, Nazirlər Kabinetinin qərarı N 176) ödəməli idilər.
Görünür ETSN cəmiyyətdəki haqqlı etirazlara görə səssiz qalmamaq üçün belə məlumat bölüşüb. İstənilən halda bu cərimələrin həqiqətən ödədiyini göstərən heç bir mexanizm yoxdur. Hər il bu qaçdı-tuttu oyununun davam etməsi bizi məyus edir! Şəxsiyyətini təyin etdiyimiz qanunsuz ovçular cəzasız qalıb və ölkəni tərk edirlər.
Cinayət Məcəlləsi maddə 258-dən bir hissə:
"Eyni əməllər:
258.2.3. ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə;
üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[749]
258.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—
altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır."

Yəni, bir sözlə... QANUNSUZ OVÇULARA QARŞI QANUNİ TƏDBİR GÖRÜLMƏYİB...

Məsələ diqqətimizdədir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.