Moskvanın mərkəzində partlayış - Ölən və yaralananlar var

Bu gün, 00:12           
Moskvanın mərkəzində partlayış - Ölən və yaralananlar var
Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi Lubyankada yerləşən Mərkəzi Uşaq Mağazasında bir nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən partlayışla bağlı cinayət işi açıb, Rusiya mətbuatı xəbər verir.

Cinayət işinin hansı maddə ilə açıldığı barədə məlumat verilmir.

Rəsmi versiyaya görə, avqustun 24-də günorta saatlarında Mərkəzi Uşaq Mağazasının üçüncü mərtəbəsində helium silindri partlayıb. İlkin səbəb texniki nasazlıqdır. Hadisə şahidlərinin sözlərinə görə, ən çox ziyanı bədii ləvazimatların satışı ilə məşğul olan “Peredvijnik” mağazası alıb.

Şahidlərin dediyinə görə, “Mərkəzi Uşaq Mağazasında partlayış o qədər güclü olub ki, binanın qalın divarları hər tərəfdən silkələnib”, Rusiya xüsusi xidmət orqanlarına yaxın olan VChK-OGPU Telegram kanalı yazır. VÇK-OQPU-dakı mənbə onu da bildirib ki, partlayış nəticəsində yaralananlar arasında FSB əməkdaşı da var, o, əlində ciddi xəsarətlərlə reanimasiyadadır.
haqqın.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru