Çin öz bazarını bizə açdı, bəs biz orda nə satacağıq?
Bu gün, 10:38

Çinin öz yolu, özünəməxsus effektiv sistemi var, elmə, təhsilə son 20-25 ildə böyük önəm verən ölkə, indi dünyanın 2-ci iqtisadiyyatı, 1-ci ixracatçısıdır. Çinlə iqtisadi əlaqələr çox önəmlidir, amma Azərbaycan kontekstində problem odur ki, bizim Çinə ixracımız yox səviyyəsindədir, idxalımız isə ilbəil artır - ən son rəqəmlər belədir: bu ilin ilk 3 ayında (yanvar-fevral-mart) Azərbaycan Çinə cəmi 23 mln. 211 min dollarlıq mal-məhsul ixrac edib, amma Çindən ölkəmiz eyni dövrdə 1 mlrd. dollardan çox mal-məhsul alıb.
Müqaisə üçün deyim ki, Gürcüstan bu ilin eyni dövründə, ilk 3 ayında Çinə 48 mln. dollara yaxın mal-məhsul ixrac edib. Doğrudur, bu da kiçik rəqəmdir, amma bizdən 2 dəfə çoxdur.
Çin 1 nömrəli ixcaratçı ölkə olmaqla yanaşı, həm də 1,5 mlrd. əhalisi olan böyük bazardır. Çinlə əlaqələrin daha da yaxşılaşması fürsətlər yaradır, amma, oturub düşünmək lazımdır ki, lap Çin öz bazarını bizə açdı, bəs biz orda nə satacağıq, nə istehsal edirik ki, nə də sataq?! Bu haqda düşünüb əməli işə keçmək zamanıdır...
Natig Cəfərli
TEREF