İstanbul danışıqları Putinin istədiyi kimi gedir
Bu gün, 09:33

Ukrayna Prezidenti Vladimir Zelenskinin müdafiə naziri Rüstəm Umerovu İstanbulda aşağı səviyyəli Rusiya nümayəndə heyəti ilə görüşə göndərmək qərarı çətin, lakin zəruri bir seçim olub. Bu görüşün əsas hədəfi yalnız bir şəxsdir – ABŞ Prezidenti Donald Tramp.
Bu fikri britaniyalı ekspert Nik Paton Uolş bildirib.
Onun sözlərinə görə, Ukrayna göstərmək istəyir ki, müharibənin sülh yolu ilə həlli üçün lazım olan hər bir addımı atmağa hazırdır. Əks halda, Tramp Rusiya Prezidenti Vladimir Putinə daha da rəğbətlə yanaşmağa başlaya bilər.
O hesab edir ki, nəticədə sülh prosesi məhz Rusiyanın istədiyi şəkildə – yavaş və Kreml tərəfindən planlaşdırılaraq, irəliləyir. Ukrayna və Avropa müttəfiqləri qeyd-şərtsiz 30 günlük atəşkəs tələb etdiyi halda, Putin və Tramp danışıqlara münasibətlərini açıq şəkildə nümayiş etdirirlər.
Uolş qeyd edib ki, Kreml nə yeni sanksiyalardan, nə də Avropa təzyiqlərindən qorxur. Trampın təhdidləri də Putinə təsir etmir.
Onun sözlərinə görə, Tramp və Putin arasında ikitərəfli görüş yaxın vaxtlarda baş tuta bilər.
Mənbə: axar.az