İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR

16-05-2025, 15:36           
 İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
İki rayonun icra hakimiyyətlərinin başçısı postlarında dəyişiklik gözlənilir. Bu barədə "DİA-AZ"ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, söhbət Ağsu və Şirvan rayon rəhbərlərindən gedir.

Məlumata görə, bu ay ərzində dəyişiklik nəzərdə tutulub.

Amma dəyişikliklər sakitcə keçməyə bilər. Mənbənin söylədikləri: "Ağsuda məsələ aydındır. Amma Şirvanın icra başçısı postunu tutan və zamanında keçmiş PA rəhbəri Ramiz Mehdiyevin əlindən su içmiş İlqar Abbasovla bağlı daha sərt qərar verilə bilər".

Xatırladaq ki, keçən günlərdə yerli KİV-də Şirvan rİH başçısı ilə bağlı ittiham dolu faktlar açıqlandı.

Buna işarə edən mənbə də təsdiqləyir ki, ilqar Abbasovun durumu yetərincə gərgindir: "Qərar "Ali siyasi iradə"dən asılıdır və həbsi belə mümkündür..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru