"Grok" az söyüş söyür, amma daha aqressiv və yaradıcıdır!

Bu gün, 00:02           
"Grok" az söyüş söyür, amma daha aqressiv və yaradıcıdır!
"X"də yenidən cavab verməyə başlayan "Grok", söyüşlərə əvvəlki tərzdə, amma daha aqressiv və daha yaradıcı şəkildə davam edir.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, "xAI"nin süni intellekti "Grok" bir neçə gün əvvəl yenilənmiş və Elon Maskın dediyinə görə, çox daha inkişaf etmiş cavablar verməyə başlayıb.

Söyüş söyməsi səbəbindən cavab verməsi dayandırılmış və Türkiyədə də barəsində araşdırma açılmış "Grok", yaxın günlərdə yeni versiyası ilə fəaliyyətini davam etirməyə başlayıb.

Yeni versiyasından sonra daha ağıllı olduğu iddia edilən "Grok" son saatlarda yenidən istifadəçilərə qarşı aqressiv münasibət göstərməyə və bu dəfə daha da yaradıcı söyüşlər etməyə başlayıb.

Əlbəttə, bu vəziyyətin arxasında "Grok"un bu şəkildə kodlanması deyil. Digər süni intellektlərə nisbətən daha az senzura tətbiq olunduğunu deyə bilərik, amma hər söhbətdə istifadəçilərin inadla ağzından söyüş çıxarmağa çalışması, bu cür cavablar verməsinə səbəb olur.

Əlbəttə, bu vəziyyət qanuni məsələlərə də yol aça bilər. Əvvəlki araşdırma sonrası "Grok"un yenidən müayinəyə alınacağı iddia edilib. Bu cür hallar davam etdiyi təqdirdə "Grok"a və ya birbaşa "X" platformasına qarşı mümkün bir giriş qadağası tətbiq oluna bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.