Azərbaycanda kino sahəsini FETÖ tam ələ keçirmək istəyir!

Bu gün, 12:07           
Azərbaycanda kino sahəsini FETÖ tam ələ keçirmək istəyir!
Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimliyə və ARKA-nın sədri Rəşad Əzizova xatırlatma!
Azərbaycanda kino sahəsini FETÖ tam ələ keçirmək istəyir!
Din (30 faiz), təhsil (70 faiz) və mətbuat (70 faiz) sahəsini qismən ələ keçirən və bunlardan öz maraqları üçün istifadə edən FETÖ kino sahəsini də ələ keçirməyə can atır, bu sahədə daha da fəallaşıb!
Niyə yenidən kino sahəsinə can atırlar?
- Çünki kino müasir dövrdə insanların psixologiyasına dindən, təhsildən, mətbuatdan daha çox təsir edən görünməz vasitədir!
Kino atom bombasını yaradan əsaslardan biridir və görünməz silahdır, kimi nə zaman və harada “vuracağını” öncədən bilmək olmur!
Kino vasitəsi ilə atom bombasını əldə edən dövlətlər var. Məsələn: İran, Hindistan, Fransa, Rusiya, ABŞ, İsrail…
Və milli kinosu olmayan dövlətlərdə "gerçək" film kimi həyat yaşanır.
Məsələn, Ərəb ölkələri.
Ərəb ölkələrində kimlər at oynadır?
- Kinosu inkişaf edən dövlətlər - İsrail və ABŞ (Hollivud), İran, Fransa, Rusiya, Türkiyə!
Bu dövlətlərin içində hansı dövlət illər öncə regionda, məsələn, Suriyada, Azərbaycanda zəif düşmüşdü?
- İllər öncə kino sahəsi o biri dövlətlərə görə az inkişaf edən Türkiyə!
Və bu gün Suriyada, Azərbaycanda baş verən müharibədə və müharibə vəziyyətində olan ölkələrdə əsas təsirə malik olan dövlət hansıdır?
- Son illər FETÖ-nun fəaliyyətini qadağan edən və FETÖ-ya qarşı apardığı mübarizənin nəticəsində kino sahəsi inkişaf edən Türkiyə!
Yəhudilər Hollivudu ələ keçirəndən sonra ABŞ-ı yarı yəhudi dövlətinə çevirdilər və ingilisləri üstələdilər!
Yəhudilər daha çox çəkdikləri filmlər ilə dünyanı işğal etdilər və edirlər!
Necə?
- Gerçək olmayanı gerçək kimi təqdim etməklə!
Əvvəl bunu ingilislər edirdi!
Sübut - J.L.Godard: "Böyük İsgəndərin, Sezarın və Napaleonun ordularıyla edə bilmədiklərini "Hollywood” sineması Alfred Hiçkok filmləriylə etdi və kainatı ələ keçirdi”.
Son illər Bakı Mediya Mərkəzi yaranmasaydı, FETÖ Azərbaycanda kino sahəsini öz inhisarına alacaqdı!
İllər öncə FETÖ Azərbaycanda daha çox serial bazarında fəaliyyət göstərirdi (keçmiş STV - indiki Xəzər TV), çünki kino bazarı zəif idi. Kinoteatrların azlığı, kütləvi seyircinin olmamağı və kino sahəsinin Sovet dövründə möhkəm təməllər (ideya) üzərində qurulması, Sovet dönəmindən qalma peşəkar rejissorların və ssenaristlərin olması “nurçulara” (fetöçulara) həmin dövrdə məqsədlərini həyata keçirməyə mane oldu. Mövcud dövrdə onlar kütləyə ulaşmağın ən asan yolunu televiziyalardan və seriallardan keçdiyini bildikləri üçün həmin sahələrə əl qoydular!
Bu gün isə televiziyaların içində FETÖ üzvləri daha çox İTV və BAKU TV-yə sızıblar !
İTV-nin xaricdən idxal etdiyi ən populyar verilişlər və İTV sifarişi ilə çəkilən, ən çox tamaşaçı baxışı yığan seriallar, filmlər FETÖ-nun da dəstək verdiyi “açıq cəmiyyət” projesini və orientalizmi, yəni dövlət otöritesinin ortadan qaldırılması ideyasını, balanssız, qeyri-sabit, tarazlıq və ya harmoniyadan məhrum cəmiyyət fikirini təbliğ edir!
“Açıq cəmiyyət” projesinin və orientalizmin təbliği mövcud dövrdə, indiki vəziyyətdə Azərbaycanın dövlət və milli maraqlarına, Dövlət Başçısının apardığı siyasətə tam ziddir, düşmən dəyirmanına su tökməkdir!
Mənə inanmırsınız?!
Onda oxuyun - Türkiye MİT başqanı İbrahim Kalın bu yaxınlarda orientalizim haqda nə deyir!
“Ehtiyacımız olan şey, orientalist dünya görüşünü ortaya çıxaran epistemoloji və anlayış əsaslarının aradan qaldırılmasıdır. Bizim Şərqi və Qərbi fərqli şəkildə anlamağa ehtiyacımız var.
Orientalizmin aradan qaldırılması, əslində ilk növbədə mənliyin tənqidi şəkildə dərk edilməsi ilə başlayır, yalnız bundan sonra “digərinin” doğru şəkildə anlaşılması mümkündür. Müsəlman ziyalıları öz-orientalizasiyaya, yəni özlərini orientalist baxış bucağından görmə və yerli kontekstlərində özlərini orientalistləşdirmə prosesinə son qoymalıdırlar.
Kökümüzün öz ənənəmizdə olmasında və eyni zamanda dünyaya açıq bir baxışa sahib olmağımızda heç bir ziddiyyət görmürəm. Biz öz ənənəmizə möhkəm şəkildə bağlı qala-qala, başqalarına da çata, onlardan faydalana və birgəyaşayış mədəniyyəti yarada bilərik. Öz ənənəsinə bağlı olmaq, dünyadan özünü təcrid etmek demək deyil. Amma dünyaya açıq olmaq da öz köklərindən, fikirlərindən və prinsiplərindən vaz keçmək demək deyil.”
Hesab edirəm ki, əlavə şərhə ehtiyac yoxdur, Türkiyənin MİT başqanın orientalizmə qarşı mövqeyi bizim də maraqları tam ifadə edir.

Və Baku Tv-də nələr baş verir?
- Son illər Baku TV-nin efirində (keçmişi FETÖ-ya bağlı) peyda olan dırnaq arası din alimi və dırnaq arası filosof Müşviq Ötgünün simasında yeni Fetullah Gülən yaradılır! Adamın artistliyi hocasının artistliyinin ötəsindədir.”Seçilmiş” adamın, (xüsusi hazırlanmış) səs tonu və bədən dili Gülənin yeni üzüdür!
Və yeni mədəniyyət nazirinin gəlişi ilə fetöçular kino sahəsində yenidən fəallaşdılar! Səbəbini tam bilmirəm, ehtimallarım var, ehtimal yoxdan aza doğru gedən proses olduğu üçün hansısa şəxsi ehtimal ilə “mühakimə“ doğru olmaz, dəqiq bilmədiyimi də söyləmək xarakterimə uyğun deyil. Ehtimal etdiklərimi dəqiqləşdirmək üçün dərin araşdırma aparmam lazımdır, bu isə sonranın işidir. Amma yeni nazirin gəlişi ilə Kino Forumunda və kino sahəsinə aid olan tədbirlərdə FETÖ ilə adları hallanan tanınmışların aktiv iştirakı, həmin adamların kino sahəsinə aid şəxslər ilə fərdi görüşləri, “artıq kino sahəsi də bizlikdir”görüntüsünün yaradılmasına edilən cəhdlər dediklərimi təsdiq edir.
Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun kino sahəsini öz nəzarətinə götürməsi, bu sahəyə şəxsi münasibəti və diqqəti FETÖ-nu bir daha geri addım atmağa məcbur etdi!
Kino sahəsini tam ələ keçirmək arzusu ürəklərində qalan fetöçular kino sahəsində yenidən açıq yox, görünməz fəaliyyətə bir daha üstünlük verdilər, yenidən bu sahəyə öz adamlarını sızdırmaqla!
Orxan Fikrətoğlunun ARKA-dan gedişi ilə FETÖ ünsürləri kino sahəsində daha da fəallaşdılar.
Necə?
- ARKA yaranandan sonra (Orxan Fikrətoğlunun dövründən) belə bir siyasət müəyyən edilib, dövlətin kinoya ayırdığı pulu ARKA dövlət kinosudiyasına yox, kino sahəsi ilə məşğul olan özəl şirkətlərə film çəkmək üçün verir. Bu siyasət fetöçuları kino sahəsində aktivləşdirdi, çoxdan bu anı gözləyirmiş kimi (yəqin, prosesdən öncədən xəbərləri var imiş) müxtəlif adlar altında yaratdıqları şirkətlər ilə müsabiqələrdə iştirak edirlər, öncədən müəyyənləşmiş “qaliblərin” bəziləri həmin şirkətlər oldu və olacaq. ARKA-nın son aylar həyata keçirdiyi müxtəlif layihələrdə fetöçular və orientalizmi təbliğ edənlər öndədir!
FETÖ-nun kino sahəsində fəallaşmasının nə qədər qorxulu olduğunu bir misal ilə ifadə etməyə çalışacam.
Yəqin, çoxları bir vaxtlar Türkiyədə fəaliyyət göstərən, FETÖ-nun inhisarında olan STV kanalını xatırlayır. Bu kanal illər öncə “Şəfqət Təpə“ adlı serialı istehsal edirdi və yayımlayırdı. Məni də illər öncə, 1999-2000-ci illərdə, “Ünvansız qız” serialındakı obrazımdan sonra FETÖ-nun Azərbaycanda mətbuat üzrə nümayəndəsi Qulu Məhərrəmlinin tövsiyyəsi ilə (“Ünvansız qız” serialını Qulu Məhərrəmli xaricdən aldığı qrant ilə çəkdirirdi) bu seriala dəvət etmişdilər. Təşkil olunan görüşdə nurçuların (fetöçuların) Böyük Heydər Əliyevə qarşı danışıqlarında etdikləri sayqısızlığı qəbul etmədim, yerində lazımı cavablarını verdim, təklifdən də imtina etdim.

Baxanlar bilir, “Şəfqət Təpə” serialının məzmunu Türk əsgərlərinin PKK-ya qarşı apardığı mübarizədən bəhs edirdi. Yəqin ki, seyr edənlərin çoxu bu gün də belə düşünür, amma tam bunun əksi idi! Üst qat belə olsa da, alt qatda (görünməz) PKK-nın xəyal etdiyi dövlətin xəritəsi təbliğ olunurdu.
Necə?
- Türk əsgərləri PKK-nın kamplarını tutduqları zaman və PKK-nın komandirlərinin kamplarda olduqlarını göstərən səhnələrdə PKK-nın yaratmaq istədiyi dövlətin divara vurulmuş xəritəsini yaxın planda, məhz yaxın planda, (daha çox mənalandırmaq üçün, yəni yaxın gələcək, yaxında baş verəcək, yaxındadır, az qalıb) tez-tez göstərməklə. Yəni, gerçək olmayanı gerçəklik kimi təqdim etməklə…
Çoxlarına sirr deyil ki, PKK-ya dəstəyi əsasən FETÖ verirdi.
Hesab edirəm ki, başa düşülməyən, anlaşılmayan nəsə qalmadı.
P.S.
Dövlət Başçısının kinoya və sənət adamlarına münasibəti hər zaman yaxşı olub!
Azərbaycan Respublikası Prezidentinin illər öncə tarixi filmlərin çəkilməsi üçün, son illər ARKA-nın yaradılması və son günlərdə isə kino sahəsi haqda verdiyi sərəncamlar çox önəmlidir!
Yazdığım kimi, bu gün hətta Cənab Prezidentin köməkçisi çəkiliş meydançasına gedir, çəkilişləri izləyir…
Amma bu sahə ilə məşğul olan, kino siyasətini həyata keçirən təşkilatın kinoya münasibəti illərdir dəyişmir!
Məmurların kinoya olan münasibəti dəyişmədiyi üçün kinomuzun problemləri illərdir həll olunmayıb və olunmayacaq!
Dövlət Başçısının sərəncamı ilə bir neçə il öncə ARKA yarandı, sənət adamları gözləyirdi ki, bu sahədə ciddi dönüş olacaq, amma olmadı. (bir tammetrajlı filmin çəkilməsi üçün nəzərdə tutulan bir miliyon manat 40000 min manata endirildi)
ARKA-ya bir ildən artıq rəhbərliyi Orxan Fikrətoğlu etdi, ondan şəxsimin də gözləntiləri çox idi, kino sahəsini bilirdi, fikir adamı idi, təəssüf ki, öncə də söylədiyim kimi adam fəaliyyətini ancaq statistika üzərində qurdu, biliyini, istedadını ancaq problemlərin orasını-burasın örtməyə sərf etdi.
Bir müddət öncə Orxan Fikrətoğlu ARKA-dakı vəzifəsindən ayrıldı, mədəniyyət nazirinin müşaviri təyin olundu.
ARKA-ya yeni rəhbər təyin olunub, Rəşad Əzizov! İxtisasca hüquqşünasdır, özkeçmişinə nəzər yetirəndə görürsən ki, hüquq sahəsi üzrə fasiləsiz təhsil alıb və hüquq sahəsində təcrübəsi də yetərlidir, amma bir şəxs olaraq kino sahəsini dərindən bilən, Azərbaycan kinosunun əsaslarını yarada biləcək şəxs deyil. Bu günə qədər kino sahəsinə aid bir məqaləsi belə yoxdur, yəni bu günə qədər kino sahəsinin davasını aparan biri olmayıb. Belə çıxır ki, “qarşısına” qoyulanlarla, tövsiyyə edilənlər ilə ARKA-nı idarə edəcək.

Rəşad Əzizovu şəxsən tanımadığım və öncələrindən tam xəbərdar olmadığım üçün görə biləcəyi işlər haqda daha qəti fikir bildirmək istəmirəm.
Çünki həyatda istisnalar da var, bu gün tutduğu vəzifə ona əlavə imkanlar yaradır, Rəşad Əzizov gələ, ixtisası kino olan və kino sahəsinə illərdir rəhbərlik edən “kino adamlarından” kinoya fərqli münasibət göstərə, sübut edə ki, kino onun üçün ümumi dəyərlərdən biridir və nümunə yarada. Azərbaycan kinosu onun rəhbərliyi ilə bu günə qədər keçmədiyi inkişaf yoluna qədəm qoya…
Bədii Şura!
Bədii Şurada tanıdığım, hörmət etdiyim şəxslər də təmsil olunur, amma onlar bu günə qədər müəyyən etməyiblər ki, hansı prinsiplər ilə ssenariləri dəyərləndirirlər və hansı əsaslara söykənərək …
Bir neçə il öncə Kino Forumda, tədbirdə Ayaz Salayevdən (həmin vaxt kinostudiyada ssenariləri dəyələndirirdi) bu haqda soruşdum, siz hansı prinsiplər ilə ssenarini qiymətləndirsiniz?
- Dedi, o nə deməkdir?
Bir az izahat verdim.
- Dedi: mən belə şeyləri bilmirəm.
Axı ssenarinin yazılma prinsipləri var və ölkələrə görə dəyişir.
Azərbaycan kinosunun əsasları yazılmadığı və yaradılmadığı üçün bir az sərt olsa da deyim, kim ağzına nə gəlir yazır, kim ağlına nə gəlir çəkir. Biri tam bilmədiyi Hollivud sistemini əsas götürür, biri Fransa modelini, biri köhnə Sovet məktəbinə əsaslanır, biri İrandan, biri də Gürcüdən təsirlənir…
Nə vaxta qədər belə davam edəcək?!
Bədii Şura məsələsi daha geniş mövzu olduğundan, həm də Bədii Şurada təmsil olunanların içində dəyər verdiyim insanların olması gerçəklikləri daha sərt söyləməyimə mane olur…
Bütün hallarda dəyərli Bədii Şura üzvlərinə xüsüsi xatırlatma:
FETÖ-nun dəstək verdiyi “açıq cəmiyyət” projesinin prinsipləri;
-tərbiyyəsiz təhsil
-əxlaqsız din
-qadınların kişiləşdirlməsi
-ata otöritesinin yox edilməsi
-ailə sisteminin dağıdılması
-yeni cinsin yaranması
Son - cinssiz cəmiyyət !
Hörmətli Bədii Şura üzvləri, Azərbaycanda illərdir festival və komersiya filmləri adı altında bu “dəyərlər” təbliğ olunur!
Mən bundan sonra film çəksəm də, çəkməsəm də, bu bataqlıqda heç vaxt olmadım və olmaram da!
Hesab edirəm ki, ARKA yaranadan sonra səlahiyyətləriniz çərçivəsində bu bataqlığın qurumasına yardımçı olasınız…
Vacib xatırlatma:
Bədii Şurada təmsil olunan dəyərli Şeyx Əbdül şüurlu həyatının yarısını orientalizimlə mübarizəyə sərf edib!
Məqsədli xatırlatma!
Dünyaya və dünya kinosuna ağalıq edən yəhudilər nədən başladı?!
Yəhudi elm və sənət adamları ikinci dünya savaşında, 41-45 ci illərdə başlarına gətirilən ağır faciənin səbəblərini müharibə sonrası araşdırmağa başladılar.
Ortaya belə bir sual qoydular!
Hitler və almanlar körpə, uşaq, cavan, qadın, qoca demədən qarşılarına çıxan yəhudiləri amansızcasına qətl edirdilər, yəhudilərə bu qədər nifrət etmələrinin səbəbi nədir?!
Cavab genişdir, açıqlamaya burda imkan yoxdur!

Yəhudi elm və sənət adamları bu sualın cavabını tapandan sonra əsas məqsədi müəyyən etdilər, bütün sahələrdə ciddi fəaliyyətə başladılar, təbliğat və təsir vasitəsi kimi də kino sahəsini inhisarlarına aldılar!
Yəhudilərin əsas məqsədi - baş verənlər bir daha təkrarlanmasın! Yəni, tarixən yəhudilərin başlarına gətirilənlər!
Və siz ermənilərin illərdir bizə olan nifrətinin səbəbini bilirsiniz, bu haqda düşünmüsünüz?!
Belə ssenarinin yazılışı üçün ssenaristlərə xitab etmisiniz?!
Bu həm də tək sizin işiniz deyil, bunun üçün ARKA-da strateji şöbə yaradılmalıdır, xüsusi elm və sənət adamları ilə birlikdə xüsusi layihə işlənilməlidir, yoxsa kino sahəsində görülən işlər palliativ yardım funksiyası daşıyacaq, can üstə olan kinomuz ağrısız, səssiz öləcək!
Buna inanın…
Qarabağ mövzusunda çəkilən filmlər həm də erməniləri dəyişməyə yönəlik olmalıdır, ermənilərin bizə olan münasibətini dəyişməliyik ki, onlar bir daha bu iddiaya düşməsinlər!
Bizdən özlərinə mənasız düşmən düzəltməsinlər, yaxşı qonşu olsunlar və bunun onlar üçün də xeyirli olduğunu anlasınlar. Bunun yolunu ermənilərə göstərməliyik…
Amma bunun üçün Qarabağ mövzusunda çəkilən filmlərə ən azı 44 gün Qarabağ səmasında uçan bir PUA-nın qiyməti qədər pul ayırmaq lazımdır.
400 min manata Qarabağ mövzusunda film çəkmək olmaz, yoxsa əksinə olacaq, 400 min manatlıq filmlər mövcud erməniləri daha çox erməni edəcək…
Düşməni dəyişmək lazımdır, yoxsa o səni dəyişəcək və illərdir ermənilər bunu ediblər…
Kino sahəsini inkişaf etdirməsək, yenə hərb sahəsinə milyonlar xərcləməli olacağıq və dəyişməyən düşmənlər də həmişə fürsət gözləyəcək.
Kino - kino çəkmək üçün çəkilmir.
Daha böyük layihədən başlayıram, balacalar deməsin gücü bizə çatdı.
Son illər Tağıyev haqda 4 hissəli bədii film çəkilib, böyük layihədir, təqdirə layiqdir. Zəhməti keçən hər kəsə eşq olsun! Filmə baxmamışam, buna görə də filmin rejissor quruluşu haqda fikir bildirməyəcəm. Rejissor işinə toxunmadan deyəcəyim fikir bütün çəkilən filmlərə aid edilməlidir.
Dünyada belədir, öncə yapımçılar qrupu (fikir adamları) X adlı film çəkməkdə əsas məqsədi müəyyən edirlər. Məsələn, dünyanın, ölkənin, dövlətin, insanın bilinməyən probləmləri nədir sualına cavab axtarırlar. Sonra bu suala müxtəlif cavablar tapırlar və sonra da əsas məqsədi müəyyən edirlər.
Tağıyev haqda film çəkmək ideyası yarananda, məsələn, problemin qoyuluşu belə olmalı idi; Tağıyevin kimliyi hamıya bəllidir, bir dəyərdir, amma niyə bu günə qədər onun etdiyini başqa biri təkrarlamayıb?!
Problem müəyyən edildi -ikinci, üçüncü Tağıyev yoxdur! Problem əsas məqsədi də müəyyən etdi!
Tağıyev haqda film çəkməkdə əsas məqsəd - yeni Tağıyevler doğulsun, yaransın!
Əgər, filmə baxandan sonra ən azı bir sahibkar Tağıyevə çevrilməyəcəksə, filmə baxan uşaqların, gənclərin gələcəkdə Tağıyev olmaq arzusu yaranmayacaqsa, (belə fakt yoxdur) mənim qardaşlarım, əzizlərim, sənət yoldaşlarım, dövlətin, millətin pulunu niyə belə işlərə sərf edək ki?!
Axı kino sənətini başqa sənətlərdən fərqləndirən, önə çıxaran eyniləşdirmə prinsipidir, seyirci filmdə qəhrəmanı canlı görür, onun yaşadıqlarını yaşayır, ona çevrilir, o olmaq istəyir, özünü onun yerinə qoyur, özünü qəhrəmanla eyniləşdirir. Başqa sənətlərdə bu prinsip işləmir!
Niyə yaratdığınız obrazlar ilə seyircilər özlərini eyniləşdirmək istəmir, onlar olmaq istəmir?!Səbəb nədir?!
Axı Hollivud illərdir eyniləşdirmə prinsipindən istifadə edir, obrazları tanrılaşdırır, aktyorları qurtarıcı səviyyəsinə qaldırır, ABŞ həm də bunun sayəsində dünyaya ağalıq edir.
Yenə mənə inanmayın, amma Hiçkokun eyniləşdirmə prinsipi haqda çox mötəbər fikirləri var, vaxtınız olanda oxuyun.
Tarix tarix üçün deyil. Tarix kontekst baxışıdır, mövcud və gələcək maraqlar tarixə olan baxışı dəyişir.
Tağıyevin həyatından sənədli film də çəkmək olardı, amma Tağıyevin həyatından bədii film tək Tağıyevə görə çəkilməz, yeni Tağıyevlərin doğulması üçün, müasir sahibkarların Tağıyevə çevrilə bilməməsinin səbəblərini göstərmək üçün və Azərbaycanın suverenliyinə yenidən təhlükə yarada bilən halların və səbəblərin dəqiq diaqnozunu qoymaq üçün bədii film çəkmək lazımdır!
Məsələn, şəxsim Tağıyev haqda filmə baxanda Şərurlu İsfəndiyarın (müasir sahibkarların) faciəsini görmək istəyər.
Görən, Tağıyevin həyatından çəkilən filmdə Şərurlu İsfəndiyarın faciəsi göstərilib, yəni biz ekranda Tağıyevin əməllərini görəndə zehnimizdə mövcud sahibkarları canladıra bilirik?!
Axı kino həm də bir başqasını bir başqası ilə anlatmaq sənətidir!
15 ildən çoxdur müsahibələrimdə, FB səhifəmdə bu haqda yazıram, illər öncə kino sahəsinə aid olan şəxslər ilə yeri düşəndə bu mövzuda söhbət də etmişəm.

Biz necə edək ki, Rusiyada azərbaycanlılara qarşı hər kəsə məlum olan mövcud ictimai rəyi dəyişək?! Bunun yolu kinodan keçir, biz bu məqsədlə filmlər çəkməliyik, ruslar da bu filmlərə baxmağa məcbur olacaqlar, bunun yolunu bilirik..
Rus millətinin şüurunda yarada biləcəyimiz dəyişiklik ictimai rəyin bizim xeyrimizə dəyişməsinə kömək olacaq və yeni yaradıla biləcək rəy ağır vaxtlarda dövlət qərarlarına təsir edəcək!
15 il öncə Yekaterinburqda baş verəcək hadisəni bir sənət insanı kimi xəyal etmişdim və oldu. Bele hadisələrin baş verəcəyini illərdir yazırdım, olan oldu, bir daha təkrarlanmaması üçün əlimizi daşın altına qoymalıyıq!
Yolunu bilmirsinizsə, kömək edə bilərik…
Belə bir filmin çəkilməsi üçün illər öncə cəhdlər etmişdim, “lazımlı adamlara“ da rejissor kimi özümü yox, Elxan Cəfərovu tövsiyyə etmişdim…
Kinoya məsul olan şəxsələri bu proyektə inandırsam da, dedilər bizim gücümüz çatan iş deyil, çünki bu layihə üçün puldan çox dövlət dəstəyinə gərək var idi. Məmurlarımızın laqeyidliyi nəticəsində “lazımlı adamlar” da geri çəkildilər və bizim məmurları anlamadılar…
“Lazımlı adamların” son sualları belə oldu;
- Danışıqları apardığın məmurlar azərbaycanlıdırlar?!
Və biz ölkəmizdə sayı çox az olan kinotetrlarımızın qarşısında niyə növbələr yarada bilmirik? Niyə bu haqda düşünmürük? Niyə dövlətin film çəkilişlərinə ayırdığı pulları geri qaytara bilmirik? Niyə səbəbləri açıq deyə bilmirik?
Son xatırlatma:
FETÖ Azərbaycanda kino sahəsini ələ keçirsə, bu yolsuzluğun geriyə dönüşü olmayacaq!
Selin qarşısında durmaq çətindir, bəzən heç mümkün deyil, amma öncədən görülən tədbirlər ilə selin istiqamətini dəyişmək mümkündür!
Demək bizdən, düşünmək sizdən!
P.S.S.
Ardı var, daha gerçəkci, daha sərt …












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru