Paraminder Naqra və Kira Naytlinin rol aldığı "Bekhem kimi oyna" filminin davamı hazırlanır.
Oxu.Az xəbər verir ki, bu barədə orijinal filmin rejissoru Qurinder Çadha "Deadline"a bildirib.
Onun sözlərinə görə, baş rol ifaçıları və digər aktyor heyəti yeni filmdə iştirakla bağlı qərar verməzdən əvvəl ssenarini görmək istəyirlər. Rejissor ümid etdiyini bildirib ki, bütün aktyorlar qayıtmaq istəyəcəklər.
Filmin müəllifi ekran əsərinin nümayişini 2027-ci ilə planlaşdırdığını deyib.
Xatırladaq ki, "Bekhem kimi oyna" 2002-ci ildə ekranlaşdırılan Britaniya komediya dramıdır. Film ailəsinin etirazlarına baxmayaraq peşəkar futbolçu olmaq arzusunda olan 18 yaşlı hindli qızın hekayəsindən bəhs edir.