İqlim dəyişikliyində dönüş nöqtəsi: Okeanlar həddindən artıq isinib

Bu gün, 16:08           
İqlim dəyişikliyində dönüş nöqtəsi: Okeanlar həddindən artıq isinib
2023-cü ildə okeanlar rekord səviyyədə isinib ki, bu da iqlim dəyişikliyində dönüş nöqtəsi ola bilər.
Bu barədə bir qrup çinli alim tərəfindən "Science" jurnalında dərc olunan araşdırmanın nəticələrinə istinadən məlumat verilib.

Alimlərin araşdırmasına görə, dəniz istilik dalğaları adi haldan 4 dəfə uzun çəkib və okeanın 96%-ni əhatə edib. Şimali Atlantikada dəniz istilik dalğaları 525 gün davam edib, Sakit okeanın şərqində isə temperatur 1.63 dərəcə yüksəlib.

Alimlər bunu buludluluğun azalması, küləklərin zəifləməsi və cərəyanların dəyişməsi ilə əlaqələndirirlər. Onların fikrincə, 2023-cü ilin rekordları Yerin iqlim sistemində böyük dəyişikliklərdən xəbər verə bilər.

Dəyişikliklər balıqçılığa və digər dəniz canlılarına zərər verə bilər, çünki onlar dəniz ekosistemləri üçün ciddi təhlükə yaradır və mərcanların ölümünə səbəb olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru