Hindistanda "Dəlicəsinə aşiq" ("Raanjhanaa") romantik dramı süni intellekt tərəfindən yaradılan alternativ sonluqla yenidən nümayiş etdiriləcək.
"The Guardian" xəbər verir ki, bu, qlobal kino sənayesində ilk haldır.
"Dəlicəsinə aşiq" ilk dəfə 2013-cü ildə ekranlara çıxıb. Film hindli və müsəlman qadının faciəvi sevgisindən bəhs edir.
Film avqustun 1-də "Ambikapatiya" adı ilə yenidən ekranlara çıxacaq. Yeni versiyada faciəli sonluq süni ilintellektin köməyi ilə xoşbəxt sonluqla əvəz olunacaq.