Rusiya və Şimali Koreya dəniz nəqliyyatını bərpa edir

Bu gün, 16:24           
Rusiya və Şimali Koreya dəniz nəqliyyatını bərpa edir
Rusiya ilə Şimali Koreya arasında dəniz əlaqəsinin bərpası məsələsi nəzərdən keçirilir.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya tərəfdən iki ölkə arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya rəhbərlik edən Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov deyib.

“Biz ölkələrimiz arasında istənilən əlaqə formalarını nəzərdən keçiririk”, - o deyib.

Qeyd olunur ki, Moskvadan Şimali Koreyanın paytaxtı Pxenyana ilk birbaşa reys bazar günü Moskva vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 20:00) Şeremetyevo hava limanından yola düşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru