Azərbaycanda bir neçə məşhur mağaza qapadıldı - siyahı

11-11-2016, 01:41           

Bakının bir sıra ticarət və ictimai iaşə obyektləri manatın devalvasiyasından sonra öz fəaliyyətini dayandırıb.

Artıq iri ticarət boş yerlərin sayı artır və şəhərin əsas prospektlərində üzərində “icarəyə verilir” elanları heç kimi təəcübləndirmir. Fins.az-ın verdiyi xəbərə görə, təkcə oktyabr ayında «Port Baku Mall» ticarət mərkəzində yerləşən üç böyük mağaza fəaliyyətini dayandırıb.

Bunlardan biri «TOPSHOP and TOPMAN» mağazasıdır.

2014-cü ilin noyabrın 29-da təmtəraqlı açılış edən bu mağaza ingilis brendli geyimləri ilə məşhur idi. Amma bu il oktyabrın 19-dan fəaliyyətini dayandırıb.

Bundan dərhal sonra, oktyabrın 25-də elə həmin ticarət mərkəzində yerləşən «Suite Blanco» və «Vakko» mağazası da fəaliyyətini dayandırıb.

Ticarət obyektlərinin dayanması digər ticarət mərkəzi olan «Park Bulvar»da da qeydə alınıb. Bu mərkəzdə «Nine West» dükanı da işini dayandırıb.

Ekspertlərin fikrincə, əlbəttə, bu brendlərin ölkədən getməsinin əsas səbəbi satışların aşağı düşməsidir. Eyni zamanda, əslində mass-market təbəqəsi olan bu brendlərin Azərbaycanda premium kimi təbliğ edilməsi də bu mağazaların kütləvi müştərilərin marağından kənar qalması ilə nəticələnib.

Buna qədər isə Beynəlxalq Avtovağzal Kompleskinin ticarət mərkəzi fəaliyyətini dayandırıb.

Bundan başqa, Bakının məşhur ticarət mərkəzindən biri ləğv olunub

Söhbət “Baku Life Center”dən gedir. Məlumata görə, ticarət mərkəzi təsisçinin 31 oktyabr qərarına əsasən ləğv olunub.

İstiqlal.az-ın araşdırmalarına görə, Bakının mərkəzində çoxlu sayda brend mallar satan dükanlar qapadılıb, Boş dükanların üstündə "icarəyə verilir" sözləri yazılıb. Eyni zamanda ölkənin ən nəhəng ticarət mərkəzlərindən olan "Binə" və "Sədərək" ticarət mərkəzlərində də dükanların kütləvi şəkildə boşaldılması tendensiyası var.

Müşahidələr göstərir ki, qeyri-ərzaq ticarəti kəskin şəkildə azalıb. Bu böhranın spesifik əlamətlərindən biridir. Böhran dövrü ailə büdcələri daha çox qida təhlükəsizliyinə yönəldiyindən qeyri-ərzaq bazarı çökür. Manatın dəyərdən düşməsi tendeniyası davam etdikcə, qeyri-ərzaq məhsullarının ticarət dövriyyəsinin də kəskin azaldılması, dükanları qapadılması davam edəcək. Buraya əsasən geyim mallar, məişət avadanlıqları və texnikası və tikinti materialları ticarəti daxildir. Əhalinin alıcılıq qabiliyyətinin zəigləməsi fonunda xərclər əsasən qida təhlükəsizliyinin təmin edilməsinə yönəldilir.

Baxmayaraq ki, qida məsulları ticarətində də dövriyyə əhəmiyyətli dərəcədə azalıb. Əhali indi çeşidli mallara yox, yalnız gündəlik zəruri qida məsullarına üstünlük verir. Daha doğrusu, ailə büdcələri ancaq gündəlik tələbat qidalarını (ət, yağ, süd, şəkər, çay, un və s.) almağa çatır. Ona görə də yaxın prespektivdə ticarət dövriyyəsinin kəskin enməsi və çoxsaylı dükanların qapadılması qaçılmaz proses olacaq.

istiqlal.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.