Deputat işçisini tutdurdu: Nəriman Əliyev evini və maşınlarını əlindən aldı – Şok

6-02-2017, 19:51           
Deputat işçisini tutdurdu: Nəriman Əliyev evini və maşınlarını əlindən aldı – Şok
Deputat Nəriman Əliyevlə bağlı qalmaqallar səngimək bilmir. Masallıdan seçilmiş millət vəkilinin başı həmişə cəncəldə olur
Masallı sakini, hazırda Bakının Xudu Məmmədov küçəsində yaşayan Rasim Rəfiyev deputata ağır ittihamlar irəli sürüb. Şikayətçi bildirir ki, oğlu Fərhad Rəfiyev 2007-ci ildən “Karkas” avtomobil ehtiyat hissələri dükanında satıcı vəzifəsində çalışıb. Daha sonra isə “Karkas” mağazalar şəbəkəsinin adında dəyişiklik edilərək “Ştutqart” adı altında fəaliyyət göstərməyə başlayıb. Mağazalar şəbəkəsinə Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev müdirlik edir.
Şikayətçi Afn.az-a bildirib ki, 2016-cı ilin dekabrın əvvəlində Əfqan Abdullayev oğluna xəbərdarlıq edib Bildirib ki, yanvarın 3-də rəhbərin (Nəriman Əliyevin) qızının toyudur, ayın 4-də isə sizin işdən çıxarılmanıza baxılacaq. “Oğluma bildiriblər ki, guya dükana 200 min manat ziyan vurmusunuz. Bu xəbəri mən eşitdikdə, həmyerlim olan Əfqan Abdullayevin atasına zəng edərək, baş verənlərlə bağlı maraqlandım və onunla görüşmək istədiyimi bildirdim. 4 dekabr tarixində Əfqanın atası ilə evlərində görüşdüm və görüşə Əfqan Abdullayev də gəldi.
Əfqandan oğlumun onlara nə ziyan vurduğunu soruşduqda, bildirdi ki: “Oğlanların bizə heç bir ziyan vurmayıb, əksinə mağazanın inkişafına, tanınmağına, böyük gəlirlər əldə etməsinə çalışıb”. Belə olduğu halda 200 min manat vəsaitin nə üçün tələb olunduğunu soruşdum. Əfqanın sözü belə oldu ki, “rəhbər tapşırıb 200 min al, işdən çıxar və o cümlədən bundan sonra avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmasınlar. Çünki bizim rəqibimiz ola bilərlər. Olacaqları halda buna imkan verilməyəcək. Çünki güc biz tərəfdədir”.
Vətəndaş qeyd edir ki, dekabrın 6-da Nizami Rayon Polis İdarəsinin iki əməkdaşı oğlunun yaşadığı Nəsimi rayonu Asif Məhərrəmov 33 B, mənzil 15 ünvanına gələrək oğlu Fərhad Rəfiyevi özləri ilə Polis İdasəsinə aparıblar: “Yüksək rütbəli polis zabiti (mülki geyimli polis nəfərlərindən birinin adı Mehrac idi) mənə bildirdi ki, Əfqan Abdullayevin tələb etdiyi 300 min manat ödənilməlidir. Əks halda, bu şikayət sənədləşəcək və bu halda oğlunuz barəsində 8 ildən 12 ilə kimi iş gözlənilir. Sənədləşəndən sonra pul ödənilsə belə, yenə cinayət işi açılacaq. Hətta Polis İdarəsinin 303-cü atağında Əfqan Abdullayev bildirdi ki, “polisə müraciət etməmişdən öncə qoyulan 24 saat ərzində 200 min manat ödənilmədiyindən rəhbərlik (Nəriman Əliyev) tələb edib ki, bu gün məbləğ 300 min manat olmalıdır. Bundan sonra Xətai rayonunda yerləşən ASAN Xidmət mərkəzinə gedərək oğlumun 109 kvadratlıq evini və avtomobillərimi onların adına keçirtdik. Qeyd edim ki, bu zaman nə əldən ələ, nə bank yolu ilə pul ödənildi. Hansısa formada qəbz yazılaraq sənədlərə əlavə edildi. Alqı-satqı ilə bağlı bizə heç bir sənəd təqdim olunmadı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.