Azərbaycan 16 minə hansı ölkəyə heyvan tullantıları satıb?
Bu gün, 10:58
2025-ci ilin yanvar–iyun aylarında Azərbaycan xarici ölkələrə 4 380,44 ton damarlar, vətərlər, aşılanmamış dəri və gön tullantıları, eləcə də digər heyvan mənşəli tullantılar ixrac edib.
Valyuta.az xəbər verir ki, bu məhsulların ümumi ixrac dəyəri 1 330,38 min ABŞ dolları təşkil edib.
Ən böyük ixrac Türkiyəyə reallaşıb. Bu ölkəyə 4 365,77 ton heyvan mənşəli tullantı göndərilib. Satışın dəyəri 1 183,9 min ABŞ dolları olub. Hesablamalara əsasən, bu idxal üzrə 1 ton üçün orta qiymət təxminən 271,16 dollar və ya 460,97 manat təşkil edir.
İkinci sırada Amerika Birləşmiş Ştatları yer alıb. ABŞ-a 14,67 ton heyvan mənşəli tullantı ixrac olunub və 146,48 min ABŞ dolları məbləğində gəlir əldə edilib. Bu satış üzrə 1 ton üçün orta qiymət təxminən 9 982 dollar və ya 16 970 manat olub.