Orduda OLAY: Hərbçimiz Sərhəd Xidmətindən xaric edildi: SƏBƏB İSƏ... +FOTOLAR

6-02-2017, 21:41           
Orduda OLAY: Hərbçimiz Sərhəd Xidmətindən xaric edildi: SƏBƏB İSƏ... +FOTOLAR
Naxçıvan Muxtar Respublikasının vətəndaşı Naxcıvan şəhəri 35-ci məhəllə, ev 26 ünvaninda yaşayan Elgün İlyas oğlu Səfərov Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə müraciət edib.

E.Səfərov qeyd edib ki, 2003-cü ildən 2015-ci ilədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmət edib. Lakin bir anlaşılmazıq nəticəsində xidmətinə son verilib:

“Cənab general-polkovnik Elçin Quliyev !

Gözümü açıb, ağlım kəsəndən anam deyərdi, oğlum, öncə Vətəndir. Məhz, bu hisslərlə də anam məni Dövlətimizə, Vətənimizə və Xalqımıza layiq övlad böyütdü. 1984-cü ilin iyul ayında hərbçi ailəsində doğulmuşam. Orta məktəbin 9- cu sinfini bitirdikdən sonra 1999-cu ildə Naxcıvan Politexnik Texnikomunun yol hərəkəti fakultəsinə daxil olmuşam. 2003-cu ilidə təhsilimi bitirib, hərbi xidmətə getdim. Hərbi xidməti bitirdikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində kicik gizir rütbəsiylə xidmətə basladım.

Xidmət etdiyim müddət ərzində hərb isini vicdanla, mükəmməl öyrəndim. Prezident, Silahlı Qüvvələrimizin Ali Bas Komandanı, cənab İlham Əliyevin diqqəti sayəsində ordumuza yeni alınmış silahlarin bir neçəsinin kursunu kecdim. Xidmət etdiyim müddət ərzində Baş gizir rütbəsinədək yüksəldim.

Cənab general!

Lakin heç bir arasdırma olmadan 2015-ci il dekabrın 31-də Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununun 41.0.6. maddəsinə görə, xid­mə­ti uy­ğun­suz­lu­ğa gö­rə tutduğum vəzifədən azad edilərək, Silahli Qüvvələrin ehtiyatına buraxıldım. Ehtiyata buraxılmağıma səbəb kimi mənim adıma sosial şəbəkədə (facebook) səhifə olması əsas götürülüb.

Bildirmək istəyirəm ki, mən xidmət etdiyim müddət ərzində heç bir sosial şəbəkədən istifadə etməmişəm. Bu barədə 2016-cı il yanvar ayında Dövlət Sərhəd Xidmətinin Bas İdarəsinə dəfələrlə müraciət etmişəm. Lakin hər dəfə müraciətimə müsbət cavab ala bilmədiyimi görüb, 2017- ci il yanvar ayında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının komandanı, cənab general-polkovnik Elcin Quliyevin muavini, general-leytenant Azad Ələkbərovun qəbulunda oldum. Qəbul zamanı o bildirdi ki, Siz xidmətə uyğun deyilsiniz.

Cənab Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının komandanı!

Cənab general-polkovnik Elcin Quliyev, son umid yerim Sizədir. 10 il xidmət etmiş sərhədçi kimi Sizdən xahiş edirəm, ailə vəziyyətimi, ailə başçısı olmağımı nəzərə alıb işimə bərpa olunmağıma yardım edəsiniz. Əgər hər hansı nöqsanım varsa, onun bağışlanmasını, yenidən xidmətə qayıtmağıma köməklik edəsiniz. Azərbaycanın üç rəngli bayrağı harda dalğalanırsa, orada xidmət etməyə hazıram”.

mənbə: gununsesi.info














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.