Əfv siyahısı təqdim edildi - AÇIQLAMA

13-07-2015, 15:09           
Əfv siyahısı təqdim edildi - AÇIQLAMA
İctimaiyyət Ramazan ayında əfv olacağına ümidlər böyükdür. Lakin bu barədə hələ ki, rəsmi heç bir qərar yoxdur. Məhbusların azad olunması istiqamətində işlər aparan İşçi Qrupu da bu yay istirahət etməyi seçib.

Məsələ ilə bağlı qrupun üzvü Səidə Qocamanlı Hafta.az-a açıqlamasında bildirib ki, onlar məhbusların adları olan siyahını Əfv Komissiyasına təqdim ediblər. Lakin siyahıda kimlərin adının olmasını S. Qocamanlı bildirməyib:

“Ramazanda əfv sərəncamının olacağını təbii ki, biz də gözləyirik. Ümumiyyətlə, bu məsələ ölkə başçısının səlahiyyətində olan bir işdir. Bu baxımdan öncədən dəqiq nə isə heç kim söyləyə bilməz. Biz siyahımızı hazırlayıb, Əfv Komissiyasına təqdim etmişik. Payız aylarında İşçi qrupunun növbəti toplantıları olacaq. Yay fəsili olduğu üçün bu aylar ərzində İşçi qrupunun toplantıları keçirilməyəcək”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sonuncu əfv sərəncamını bu il martın 18–də imzalayıb. Bu sərəncamla 97 nəfər məhbus azadlığa buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru