Mənzil verilən jurnalist CÜTLÜKLƏR

21-07-2017, 11:19           

Jurnalistlər üçün tikilən binada mənzil verilən KİV nümayəndələrinin tam siyahısı açıqlanıb.
Siyahıdan bəlli olur ki, mənzil alan jurnalistlər arasında cütlüklər də var. Modern.az onların siyahısını təqdim edir:

Elçin Bayramlı, Lalə Mehralı – ikisi də müstəqil jurnalistdir.

Əliəsgər Behbudlu, Sevda Behbudlu – bu evli cütlüklərdən ər müstəqil jurnalistdir. Sevda Behbudlu isə AzTV-nin əməkdaşıdır.

Məğrur Əliyev, Fərəh Sabirqızı - ər “Kaspi” qəzetinin, xanımı isə CBC TV-nin əməkdaşıdır.

Natiq Ağayev, Nəzakət Fərhadova – birinci ATV-nin, ikinci isə AzTV-nin jurnalistidir.

İlham Rəfiyev, Nüşabə Hüseynova – müvafiq olaraq müstəqil jurnalist və “Space” TV-nin əməkdaşı.

Asəf Quliyev, Kəmalə Quliyeva – müstəqil jurnalist, xanımı isə lent.az saytını əməkdaşıdır.

Etibar Qurbanov, Fərqanə Qurbanova – hər ikisi “Space” TV-nin əməkdaşıdır.

Kənan Məhəmmədov, Günay Məhərrəmova - ər Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin əməkdaşı, xanımı isə müstəqil jurnalistdir.

Afət Məmmədov, Xuraman Məmmədova – ər “Xalq” qəzetinin, xanımı isə “İki sahil” qəzetinin əməkdaşıdır.

Elməddin Muradlı, Xəyalə Muradlı - ər “Üç nöqtə” qəzetinin redaktoru, həyat yoldaşı isə lent.az saytının əməkdaşıdır.

Ramin Nazıyev, Çimnaz Ağakişiyeva – hər ikisi İTV-nin əməkdaşıdır.

Zahid Nurəliyev, Rəna Hacıyeva - ər teleqraf.com saytının redaktoru, xanımı isə müstəqil jurnalistdir.

Qulu Ağsəs, Laura Quliyeva - ər “Ulduz” jurnalının baş redaktoru, xanımı isə müstəqil jurnalistdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.