Eldar Mahmudov ondan 1 milyon alıb... - İDDİA

16-08-2017, 19:28           
Eldar Mahmudov ondan 1 milyon alıb... - İDDİA
Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovla bağlı DİA.AZ-a ilginc informasiya daxil olub.

Bu barədə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, zamanında ləğv olunmuş Mlli Təhlükəsizlik Nazirliyinin hədəfinə çevrilən Ramiz Yediyarov uzun müddət sabiq MTN şefi ilə ciddi problemlər yaşayıb.

Mənbənin dia.az-a söylədikləri: "Ramiz Yediyarovu hətta iki dəfə MTN-də dindiriblər də. Sonradan Yediyarov tam tamamına 1 milyon manat verərək Mahmudovun əlindən qurtarıb".

Mənbə iddia edir ki, Yediyarov bundan sonra MTN çetesinə aid medianın hədəfinə çevrilib: "Hazırda həbsdə olan MTN-çi media mənsubları da aid olmaqla bəlli şəbəkə Yediyarovu hədəfə aldı. Gədəbəy şefinin bu prosesdə də 50 min manata yaxın pulu çıxdı. Hətta MTN-ə aid media şəbəkəsinin mənsublarından birinə 100 sot torpaq "hədiyyə etməli" oldu da. Bununla yaxasını qurtara bildi".

Mənbə iddia edir ki, amma indi Yediyarovun durumu həqiqətən çətinləşib: "Onun da vaxtı çatıb. Necə ki, Mahmudovla muhattab olmuş digərlərinin vaxtı çatıb".

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.