"Sağlam adamı da invalid edirlər" - Sakinlər həkimlərə od püskürdü
4-09-2017, 21:38
Ötən il sol ayağın yerinə sağ ayağı kəsən həkim, bu il müğənni Faytonçu Nazimin başına gələnlər yanlış əməliyyatlardan sadəcə ikisidir.
ARB TV-nin "Günə doğru" verilişində həkimlər və onların müalicələri ilə bağlı sujet yayımlanıb.
Amma ümümilikdə, həkimlərin səhv diaqnoz qoyması və yanlış müalicəsi ilə bağlı şikayət edənlər kifayət qədərdir. Yəni insanlar özləri də bilmədən pul töküb şikəst qalırlar. Hətta bəzən bu cür yanlış müalicələr insanlarda elə fəsadlar yaradır ki, pasientlər əvvəlki dərdlərinə şükür edirlər.
Sakin: "Dərman yazdı, gözümü tutdu. Əks təsir etdi".
Sakin: "Analizlər uyğun gəlməyə bilir. Sağ insanı da invalid edirlər".
Nəzərə alsaq ki, hazırda respublikanın əksər bölgələrində belə müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir və həkimlərin işi keçmişə nəzərən daha asandır, bu cür səhv dianozların qoyulması qəbuledilməzdir. Çünki söhbət insan həyatından gedirsə, geri qalan hər bəhanə əhəmiyyətsizdir.
Bütün bu faktlar isə nəticə etibarı ilə vətəndaşların həkimə olan inamını sual altında qoyur. Can hayına düşənlər də ölkə-ölkə gəzib dərdlərinə dərman axtarmağa başlayırlar. Ya da həkimlərini dəyişməli olurlar ki, burda da pasientlərin diqqət etməsi vacib olan məqamlar var. Çünki bəzi xəstəliklərin müalicəsi vaxt apardığından pasientlərin nəticəni gözləməyə səbri çatmır malicə üsulu və həkimi qəyişmək qərarına gəlirlər. Bu isə daha ağır fəsadlara yol açır.
Məmmədrəsul Teyyubov (həkim): "Bəzi xəstəliklər var ki, ömür boyu müalicə lazımdır. Təəssüf ki, bəzi xəstələr 1 kurs müalicə ilə sağalmaq istəyir. Uzunmüddətli müalicələr əsassız şəkildə həkimlərə inamsızlıq yaradır".
Həkimlərin müxtəlif firmalarla razılıq əsasında lazım olandan çox dərman preparatları yazması da məsələnin digər tərəfidir. Heç yerdə tapılmayan və ya tərkibi eyni olub sadəcə adı və qiymət fərqi kifayət qədər olan dərmanı tapmaq da olur. Bəs bu cür hallarla qarşılaşdıqda vətəndaş nə etməlidir? Həkim pasientinə vurduğu zərəri, səhətində açdığı sağalmaz yaranı nə ilə ödəyir? Qanunla bu məsələ necə tənzimlənir?
Ən xoş arzularımızın başında gələn can sağlığına möhtac olanlara ödənilən təzminat nəyi dəyişir? Bir də bunu düşnək. Elə həkimlərə isə qalır bir arzumuz.