DİNİN CƏMİYYƏTDƏKİ YERİ VƏ MÖVQEYİ BARƏDƏ.
7-09-2017, 21:33
Dogrudan da, qəribə mənzərə yaşanır... Allah yeri-göyū yaradandır, demək, dūnyadakı insan, heyvan, təbiət də qarışıq hamının Allahıdır. Bu aydındır. Din isə, dinin özünün təsbit, ideologiyasına görə yalnız, insanla Allah arası tənzim funksiyasını daşıyır. Qalan təbiətlə işi yoxdur. Reallıqda da insanın hətta təbiətə, daşa, ağaca onu istifadə, qurub yaratma mənasında imkan və birbaşa aidiyyəti var, Allah bunu vacib bilib, dinin yoxdur.
Çūnki...
Dininki yalnız təlim-tərbiyə məktəbi olaraq ruhi tövsiyyə-məsləhət işidir. İnsanların həyatına hakim kəsilmədən bələdçi-yönləndirici, həvəsləndirici funksiyasıdır. Yəni, din sırf insan ūçūn, insanın dinə gəlişindən sonra və insandan sonra yaranıb. Və bütün müqəddəsləri, məbədləri, xadimləri, alimləri ilə birlikdə insana yəni, Allah bəndələrinə Allah və onun Bəndəsi yolunda xeyirxah xidmət üçündür.
Bu halda...
Sual yaranır: insan-fərd, xalq-millət olmasa, dinlər nəyə və kimə lazımdır? Gözūmūzlə baxıb görūrūk, Allah da bizə sūbut edir ki, bu gūn milyardlarla insan dinsiz: var, yaşayır və inkişaf edir, amma ki, dūnyada insansız, xalq-millətsiz bir dənə din yoxdur. Demək, belə cıxır ki, 1-ci Allahdır, 2-ci Insan, onun toplumu, xalq-millətdir, 3-cū isə, Dindir. Adi məntiqi hesablama!
Buradan nə nəticə çıxır?
Dünyanı, yeri göyü yaratma qüdrətində olan Allahın kifayət qədər imkan və gücü var ki, öz yaratdığı insanı ilə bir başa, heç bir vasitəçi-ötürücüsüz əlaqə qursun. Dünyanı, yeri-göyü yaratma qüdrətində olan Allah həm də öz yaratdığı insanına müvafiq ağıl, zəka və düşüncə verib ki, bəndəsi onunla birbaşa, heç bir vasitəçi-ötürücüsüz əlaqə qura bilsin. Vəssalam.
Adi məntiqi hesablama!
Ancaq burada bir sual daha qalır: Din iqnor və ləgv edilməlidirmi? Mən deyərdim, əsla yox? İnsanı, təbiəti, hər şeyi olduğu kimi dini də Allah yaradıb. Lazım bilib yaradıb. Yenə qeyd edirəm, insana xidmət üçün, bütün müqəddəsləri, xadimləri, alimləri ilə birlikdə... Demək, müəyyən məqamlarda dinə ehtiyac olur, insanın azad istəyinə mūvafiq. Necə? Dinin Allah qarşısında və insan həyatında, sivil cəmiyyətdə yeri harada, necə olmalıdır?
Dini, insana cəmiyyətə hakim kəsilən təlim kimi yox, müasir sivil inkişaflı və təminatlı dünyada olduğu kimi, öz dəyərlərini təklif edən müdrik ruhi-mənəvi mənbə olaraq qəbul edib, ona hörmət və ehtiramla ayrıca xüsusi ictimai guşədə yer ayırmaq. Bununla da göydə Allahı, yerdə isə insan-fərd, xalq-milli varlıq, mənliyini əsas tutub inkişafa doğru getmək.
Bu barədəki təxmini şəxsi fikirlərim budur.
(şəxsi mūlahizələrim)
İLQAR ALTAY
3 sentyabr 2017
teref.az