Vyaçeslav Zaytsev: “Mehriban Əliyevanın çox gözəl stili var“

11-09-2017, 09:21           
Vyaçeslav Zaytsev: “Mehriban Əliyevanın çox gözəl stili var“
“Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın çox gözəl stili var”

Virtualaz.org bildirir ki, bunu “Vestnik Qafkaza”nın müxbirinə Rusiya rəssam-modelyeri Vyaçeslav Zaytsev deyib. O həmçinin əlavə edib ki, məmnuniyyətlə Azərbaycan parçalarından kolleksiya yaradardı.

V.Zaytsev ilk növbədə Bakı ilə bağlı təəssüratlarını bölüşüb. "Hesab edirəm ki, Bakı çox müasir və çox möhtəşəm şəhərdir. Azərbaycanlılar – çox gözəl ölkədən olan və ruslara gözəl münasibət bəsləyən çox gözəl insanlardır. Bu çox gözəldir və mən Bakıdan böyük təəssüratla ayrıldım", - deyə o etiraf edib və oxucuları ilə görüşə daim öz yüksək səviyyəli nəşrləri ilə gələn "Bakı" jurnalını müsbət qiymətləndirib.

Modelyer Mehriban Əliyevanın imicini ayrıca vurğulayıb. "Onun çox gözəl stili var. Mehriban Əliyeva böyük insan və çox gözəl qadındır”, - Vyaçeslav Zaytsev əlavə edib.

O həmçinin Azərbaycan kolleksiyası yaratmaq arzusu haqda danışıb. Ümumiyyətlə, V.Zaytsev deyib ki, Şərq mövzusu həmişə onun üçün çox aktual olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru