İsmayıl Axundov- Qarabağ münaqişəsində 3868 nəfər itkin düşüb

12-09-2017, 15:26           

“İşçi Qrup son 2 ildə itkinlərə aid siyahıların dəqiqləşdirilməsi sahəsində ciddi və təxirəsalınmaz işlər aparır. Hazırda bu iş yekunlaşıb. Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklərin edilməsi mümkündür”.


Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O, bu ilin sentyabrın 1-nə olan statistikanı da açıqlayıb: “Dövlət Komissiyasında 1 sentyabr 2017-ci il tarixə olan məlumata əsasən, 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3126 nəfəri hərbiçilər, 742 nəfəri mülki şəxslərdir. Mülki şəxslərin arasında 62 nəfər uşaq, 262 nəfər qadın, 302 nəfəri isə qocadır. Bundan başqa, itkin düşmüş 3868 nəfərin 872 nəfəri intensiv hərbi əməliyyatlar zamanı Ermənistan hərbiçiləri tərəfindən əsir və girov götürülməsi, saxlanılması barədə məlumatlar əldə edilib. Onlardan 591 nəfəri hərbçi, 281 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 29 uşaq, 98 qadın, 111 qoca olub”.
İşçi Qrupunun rəhbəri qeyd edib ki, münaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normalar pozulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.