"Azərbaycanca danışdığım üçün fəxr edirəm, bu dil mənə qalan bir mirasdır". Albert Eynşteyn mükafatçısı Əli Cavan

14-09-2017, 10:18           

"Azərbaycanca danışdığım üçün fəxr edirəm, bu dil mənə qalan bir mirasdır".
Bu sözlərin müəllifi ABŞ Milli Elmlər Akademiyasının keçmiş üzvü, 159 İQ xalına sahib, yaşayan 100 dahi sırasında 12-ci pillədə olmuş əslən Azərbaycan Türkü olan Əli Cavandır. O keçən il sentyabr ayının 12-də, 89 yaşında vəfat etmişdir.
Əli Cavan – Amerika alimi, fizik, ABŞ Milli Elmlər Akademiyasının üzvü. Milliyyətcə Türkdür.
1926-cı ildə Təbrizda doğulmuşdur. Bir il Tehran Universitetinin fizika fakültəsində oxumuşdur. 1948-ci ildə ABŞ-a köçmüşdür. O, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.
Elmi araşdırmalara hədsiz marağı olan Əli Cavan 1954-cü ildə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1958-61-ci illərdə Bell-Telefon laboratoriyalarında işləmişdir. 1960-cı ildən Massaçusets Texnologiya İnstitutunda işləyir. Əli Cavanın tədqiqatları kvant elektronikası və onun tətbiqi, habelə lazer elektroskopiyası sahələrinə aiddir.
Qeyri-xətti spektroskopiyanın əsasın qoymuşdur. 1960-cı ildə qaz lazerini Amerika alimləri U. Bennet və C. Erritonla birlikdə təklif etmişdir. Lazerin güclənmə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsini U. Bennet və C. Lembornla birlikdə kəşf etmişdir.
1966-cı ildə mod kəsişmələrinin effekti nəzəriyyəsini yaratmış və bunu 1969-cu ildə müşahidə etmişdir.
1970-ci ildə işıq hərəkəti tezliklərinin absolyut ölçülməsi hərəkəti və qeyri xətti flyuressensiyaların metodlarını işləmişdir. O, həm də spektral xətlərin itələyici daralmasını kəşf etmişdir. O, “Qaz lazerin optik cihazlarında və elmi işlərdə qeyri-paralel istifadə edilməsi” adlı fundamental araşdırmalarına görə 1975-ci ildə Amerika Optik Cəmiyyəti tərəfindən ən yüksək mükafata layiq görülmüşdür.
1993-cü ildə isə alimə nüfuzlu Albert Eynşteyn mükafatı verilmişdir. Avrasiya Akademiyasının birinci üzvü olmuşdur.
‎Sahil Sərxanlı‎
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.