ANA: Balasını qurtarmaq üçün canını fəda edən qadına deyirlər FOTO

15-09-2017, 18:50           

Ötən gün Bakıda gənc ana faciəvi şəkildə həlak olub. TEREF.İNFO-nun Criminal.az saytına istindən məlumatına görə, 29 yaşlı Günel Əsgərova sərnişin avtobusu sürücüsünün səhlənkarlığının qurbanı olub.

Ən dəhşətlisi odur ki, ana öz canı bahasına qucağındakı bir yaşlı balasını xilas edib. Avtobusun onu vurduğunu görüb və qucağındakı uşağı kənara ataraq, onun həyatını qurtarsa da, özü avtobusun altında can verib. Uşaq yüngül xəsarətlə qurtulub.

Gənc ananın ölümünə səbəb olan sürücü Saatov Hakim Aslan oğlu hadisə yerindən qaçsa da, artıq tutulub. Balasına görə özünü fəda edən ananın fotosunu təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.