İcra başçılarının növbəti ƏLƏMƏ DALĞASI - kimlər gedir?

18-09-2017, 11:44           
İcra başçılarının növbəti ƏLƏMƏ DALĞASI - kimlər gedir?
Yaxın günlərdə bir neçə rayonun icra hakimiyyətinin başçısı dəyişdiriləcək. Bu barədə DİA.AZ-a hökumətdəki məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynağa görə, artıq vəzifələrini itirəcək rayon rəhbərlərinin adları məlumdur.

Mənbənin dia.az-a söylədikləri: "İlkin olaraq 3 rayonun - Gəncənin, Şamaxının və Qaradağın icra başçıları görəvlərindən alınacaq. Onlardan yalnız birinin - hazırda Qaradağ rayonuna başçılıq edən Süleyman Mikayılovun yenidən təyinatı gözlənilir. Elmar Vəliyevlə Asif Ağayev isə icra başçısı kareyeralarını bitirirlər. Növbəti dalğada isə yeni dəyişikliklər olacaq ki, bu ilin dekabrına qədər çəkəcək qeyd olunan proses zamanı 20-yə yaxın rayonun rəhbərunun görəvdən alınması nəzərdə tutulub".

Dia.az olaraq həmin rayon başçılarının kimliyi barədə daha geniş materialları təqdim edəcəyik. Bizi izləməkdə davam edin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru