Kürkəndən onlara qonaq gələn qayınatasına qarşı DƏHŞƏTLİ ƏMƏL

18-09-2017, 14:17           
Kürkəndən onlara qonaq gələn qayınatasına qarşı DƏHŞƏTLİ ƏMƏL
İsmayıllı rayonunda qayınatasını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Tural Rüstəmovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Tural Rüstəmov Mehbarə Kərəmova ilə ailə həyatı qurduqdan sonra iki azyaşlı uşağı ilə birlikdə İsmayıllı şəhərində kirayədə yaşayıb.
Son zamanlar Turalla arvadı arasında ailə-məişət zəminində mübahisələr baş verib. Bu mübahisələri qadın atası Roman Kərəmova deyib.
21 avqust 2016-cı il tarixdə Roman Kərimov Tural Rüstəmovun İsmayıllı şəhərində kirayədə qaldıqları evə qonaq gəlib. O, nəvəsi ilə oynayarkən Tural ilə aralarında mübahisə yaranıb. Bundan sonra Roman Kərimov küsərək evi tərk edib.
Müəyyən edilib ki, 22 avqust 2016-cı il tarixdə Tural Rüstəmov İsmayıllı şəhərində işlədiyi “Əşya bazarı” ilə üzbəüz yerləşən qızıl məmulatlarının təmiri sexində olduğu vaxt qayınatası Roman Kərəmov özünün istifadəsində olan mobil telefonundan onun mobil telefonuna zəng edib, iş yerinin yanına gəldiyini bildirib və onun çölə çıxmasını tələb edib.
Tural qayınatasının onunla əsəbi danışdığını görüb. Bu səbəbdən qayınatasının onunla dalaşmaq üçün gəldiyini ehtimal edib. Bu zaman zərurət yaranarsa, qayınatasına qarşı tətbiq etmək məqsədilə əvvəlcədən özü ilə iş prosesində istifadə etdiyi “yeyə” alətini götürüb və üzərində gizlətdikdən sonra çölə çıxıb.
Roman Kərəmov onu idarə etdiyi “Mercedes Benz” markalı avtomaşına əyləşməsini təkid edib. Bu səbəbdən Tural həmin maşına oturub.
Bundan sonra Roman Kərəmov münasibətlərinə aydınlıq gətirmək üçün maşını sürüb, yol boyu hara getdiklərini soruşmasına baxmayaraq, bu haqda məlumat verməkdən imtina edib.
Daha sonra Roman Kərimov rayonunun Quşencə kəndinin yaxınlığında yerləşən məişət tullantılarının atıldığı ərazidə maşını saxlayıb və hər ikisi maşından düşüblər.
Həmin ərazidə Roman Kərəmov tərəfindən onun və yaxın qohumlarının ünvanına nalayiq ifadələrin işlədilməsi ilə müşayiət olunan qarşılıqlı dalaşma zamanı qayınatasının hərəkətlərindən əsəbiləşib, ondan qisas almaq niyyətilə sexdən çıxarkən götürdüyü “yeyə” ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Roman Kərimov aldığı xəsarətlərdən ölüb. Qayınatasını öldürən Tural Rüstəmov polisə gələrək könüllü təslim olub.
Tural Rüstəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Rüstəmov cəzasının 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Tural Rüstəmovun vəkili Samir Şərifov apelyasiya şikayəti verib. Müdafiəçi Tural Rüstəmovun barəsində ədalətli cəza təyin edilməsini xahiş edib.
Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Bəhman Kərimov da apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cəzalandırılmasını istəyib.
Hər iki tərəfin şikayətinə Şəki Apelyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara görə, Tural Rüstəmovun müdafiəçisinin şikayəti qismən təmin edilib və onun barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Məhkəmə Tural Rüstəmovun cəzasını 10 il 6 aya endirib. Həmçinin hökmün onun cəzasının ilk 3 ilinin həbsxanada çəkməsi barədə verilən cəza hissəsində də dəyişiklik edilib.
Onun cəzasının ilk 2 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Zərərçəkmiş şəxsin apelyasiya şikayəti təmin edilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.