Əfqan Muxtarlının bacısı iki uşaqla birgə öldü

31-12-2017, 17:31           

Əfqan Muxtarlının bacısı Nuranə Muxtarlı yaşdığı evdə ikin məlumata görə qazdan boğularaq ölüb. Bu haqda Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri Saleh Soltanov məlumat verib.

teref.az Bastainfo.com istunadən bildirilir ki, hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.

Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır. Meyitlər tibbi müayinə olunmaq Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.

Tanrı ruhunu şad eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru